AktualAktualArxivIslammədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ərdəbildə Beynəlxalq “Ürəklər Sərdarı” Poeziya Konqresinin yekun mərasimi keçirilib

Beynəlxalq “Ürəklər Sərdarı” Poeziya Konqresi Ərdəbilin Vilayət mədəniyyət kompleksinin toplantı zalında keçirilib. Konqresdə İran və Azərbaycandan şair və incəsənət xadimləri iştirak ediblər.

Qafqaz Həqiqətləri xəbər verir ki, “Ürəklər Sərdarı” Poeziya Konqresi İranın Şərqi və Qərbi Azərbaycan, Ərdəbil və Zəncan şairləri, habelə Türkiyə və Azərbaycan ölkələrindən gəlmiş türkdilli şair və sənət adamlarının iştirakı ilə Ərdəbilin Vilayət mədəniyyət mərkəzində keçirilib və qaliblərin elan edilməsi ilə öz işini başa vurub.

Qurani-kərimdən ayələr oxunması ilə başlayan mərasimin davamında İranın milli himni səsləndirilib, Əhli-beyt (ə) məddahı hacı Abdullah Dadaşi şəhid Hacı Qasim Süleymani haqda qəhrəmanlıq şeiri oxuyub.

Daha sonra konqresdə iştirak edən şairlərdən: İrandan İbrahim Ğəffari, Nasir Dusti, Behzad Bəyat Fərd, Səid İqbali, Əmin Rəsuli, Behnam Qisməti, Milad Fəthi və Azərbaycandan Səfər Abdullayev müqavimət cəbhəsinin böyük şəxsiyyəti şəhid Qasim Süleymani haqda şeirlərini oxumaq üçün səhnəyə dəvət ediliblər.

Mərasimə qatılmış Ərdəbil əyalətinin valisi konqres iştirakçılarını salamlayıb və şəhid general Süleymaninin uca şəxsiyyəti haqda danışıb.

Vali doktor Amili, şəhid Süleymanini inqilabın simvolu və məktəb adlandıraraq deyib: “Bu uca məqamlı şəhidin bariz xüsusiyyətlərindən biri kimi onun Allahla dərin və geniş əlaqəsini qeyd etmək olar.”

Şəhid Qasim Süleymaninin ixlasından söz açan doktor Amili deyib: “İxlas onun bütün vücudunu bürümüşdü. Şəhid Süleymani camaatla ünsiyyətində də çox təvazökar idi və onları həmişə özündən öndə görürdü. Lakin düşmənlərə qarşı çox möhkəm idi. Belə ki, düşmən onun adını eşitdikdə titrəyir və məğlub olurdu. O, bir məsul şəxs olaraq dünya ardınca deyildi və heç vaxt dünyəvi rəqabətə daxil olmadı.”

Ərdəbil valisi şəhid Qasim Süleymaninin vilayət əsgəri və vilayət məktəbinə inanclı bir şəxs olduğunu vurğulayaraq deyib ki, həqiqi şəhidlər məktəbini, xüsusən də sənət dili ilə yaşatmaq hamımızın borcudur, beləliklə, bu məktəbdən gələcək nəsilləri tərbiyə etmək üçün faydalana bilək.

Yekun mərasiminin davamında şəhid general-leytenanat Hacı Qasim Süleymaninin rəsmi çəkilmiş sənət əsərləri, o cümlədən azərbaycanlı rəssam Cahangir Seyidov və ərdəbilli rəssam Mehrdad Peyaminin çəkdiyi rəsmlərin açılışı olub.

Sonda konqresin münsiflər heyəti tərəfindən qalib elan edilmiş şəxslər mükafatlandırılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button