
CӘHӘNNӘM
Yüzlərlə ayədə buyurub Quran,
Didib-parçalayan nardı Cəhənnəm.
Qəbul etsən də, sən etməsən də,
Әsil həqiqətdə vardı Cəhənnəm.
*****
Odur İlahinin sonsuz qəzəbi,
Bizim əməllərdir onun səbəbi.
İnsanı bürüyər alovun ləbi,
Әzabdır, zəqqumdur, mardı Cəhənnəm.
*****
İnsanın dərisi yanar yenidən,
Gələr bədəninə həmən dəridən.
Hər yerdən, baş üstən, öndən, geridən,
Adamı incidən xardı Cəhənnəm.
*****
Hər kəs əməlinin görər barını,
Yar da qoyub qaçar orda yarını.
Etiraf eyləyər günahlarını,
İnsana necə pis yardı Cəhənnəm.
*****
Növbənöv əzabı var Cəhənnəmin,
Öhdəsindən gələr bütün aləmin.
Cəhənnəm səsləyib söyləyər “həl min”?
Səməndər, aqilə ardı Cəhənnəm.
Səməndər Qarabağlı