İranın Ermənistandakı sabiq səfiri deyib: “Tehran, Bakı və İrəvan Türkiyə və Rusiyanın əməkdaşlığı ilə Qarabağ münaqişəsinin tam həlli üçün ən yaxşı tərəflər və ölkələrdir. Transregional qüvvələrin müdaxilə etməsinə icazə verilməməlidir.”
Qafqaz Həqiqətləri xəbər verir ki, İranın Ermənistandakı sabiq səfiri Seyid Əli Səqqaiyan “Qarabağ Sülhü” verbinarında Qarabağ münaqişəsinin qədim tarixi və Qafqaz regionunun ən mühüm məsələsi olduğunu bildirməklə yanaşı deyib: “Bu münaqişənin əvvəlində İran çox yaxşı vasitəçi idi, lakin üçüncü ünsürlər İranın bu münaqişəni iki ölkə arasında həll etməsinə mane oldular.”
Səqqaiyan əlavə edib: “Ermənilər və azərilər Qarabağın mərkəzi bölgələrində keçmişdə olduğu kimi əmin-amanlıqla birgə yaşamalıdır və hamı bu hədəfin gerçəkləşməsinə yardım etməlidir.”
Sabiq səfir sərhədlərdə dəyişiklik olmadığını və bundan sonra da olmayacağını bildirib, bəzi sahələrdəki narahatçılığı əsassız adlandırmaqla yanaşı deyib: “İranın tranzit yolu öz yerində qalır və İranın bu sahədə rolu da davamlı qalacaq.”
Seyid Əli Səqqaiyan Qarabağ müharibəsi tərəflərinin sionist rejiminə yaxınlaşmasının faydalı və dostcasına olmadığını da qeyd edib.
Müharibə bölgələrinin bərpasına toxunan səfir deyib: “Müharibədən sorna zərər çəkmiş bölgələrin bərpası İran və Qarabağ münaqişəsinin tərəfləri üçün ən yaxşı fürsətdir.”
Səqqaiyan vurğulayıb: “Tehran, Bakı və İrəvan Türkiyə və Rusiyanın əməkdaşlığı ilə Qarabağ münaqişəsinin tam həlli üçün ən yaxşı tərəflər və ölkələrdir. Transregional qüvvələrin müdaxilə etməsinə icazə verilməməlidir.”
Sabiq səfir əlavə edib: “Arazın o tayında Azərbaycanın şərq bölgələri ilə Naxçıvan arasında ayrılıq yaranmış hissədə dağılmış dəmiryolu xəttini yenidən bərpa etmək İranın xeyrinədir və İranın dəmiryolu xəttini genişləndirir.”