ArxivXəbər lentiXəbərlər

Mitinqdən sonra itdiyi deyilən 17 yaşlı qız tapıldı

Mövlamlı onun barəsində sosial şəbəkələrdə yayılan məlumaytları əsassız sayır.

“Fatiməni tapın! Fatiməni azad edin!” bu adla bir müddət əvvəl mitinqlərdə fəallığı ilə seçilən Fatimə Mövlamlı üçün kampaniya başladılmışdı. Deyilirdi ki, o bir neçə gündür yoxa çıxıb.

Lakin dünən Fatimə Mövlamlı, sosial şəbəkə vasitəsilə video  paylaşıb.

Videoda o bildirir ki, son 4-5 gündə şəxsi həyatında problemlər olduğundan telefonunu söndürüb və rəfiqəsi ilə birgə qalıb.

“Mən rəfiqəmlə qalırdım. Telefonu söndürmək məcburiyyətində oldum. Bir dəfə anama zəng etdim ki, məndən narahat olmamanız üçün məlumat versin”, o qeyd edir.

Mövlamlı onun barəsində sosial şəbəkələrdə yayılan məlumaytları əsassız sayır.

“Məni yaxından tanıyan insanlar bilir ki, haqqımda hər şey yazmaq olar. Amma əxlaqsızlıq, guya haradasa tutulmuşam kimi yazılan məlumatlara inanmayın. Mən tutulmamışam. Evimizdəyəm, hər şey qaydasındaıdr. Sizi narahat qoyduğuma görə üzürlü sayın ”, o qeyd edib.

Xatırladaq ki, Fatimə Mövlamlı öz facebook profilində Ağadadaş Qurbanov adına Xalq Teatrda Aktrisa vəzifəsində işlədiyini yazıb…(voanyus)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button