ArxivXəbər lentiXəbərlər
Səud rejiminə Bakıda etiraz olundu – FOTO

Azərbaycan İslam Patiyasi (AİP) Ərəbistanın Azərbaycandakı səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər.Aksiyada Səudiyyə Ərəbistanında edam hökmünə məhkum edilən Ayətullah Şeyx Nimrə qarşı edilən haqsızlıq pislənib. Eyni zamanda dinc aksiyaçılar Səudiyyə Əərbistanın Yəmənə etdiyi səbəbsiz hücumlar zamanı öldürülən günahsız insanlara görə etiraz ediblər.FaktXəbər-in verdiyi məlumata görə, AİP Qadınlar Şurasının sədri və Əsgər Analarına Dəstək İctimai Birliyinin rəhbəri Növrəstə xanım İbrahimova Səudiyyə Ərəbistanının Bakıdakı səfirliyinin qarşısında etirazla bağlı münasibət bildirib. Onun sözlərinə görə, polislərin təzyiqinə baxmayaraq, hər kəs öz etiraz səslərini ucalda bildi: “Biz bir anda ruhən bütün dünyanın zülm olunan torpaqlarını gəzərək Azərbaycana qayıtdıq. Biz Səudiyyə Ərəbistanının Suriyada, Yəməndə və digər müsəlman ölkələrində məzlum xalqa olan təcavüzlərə və işğallara dəstəyinə etiraz edirik, həmçinin İslam ailimi və dünya müslmanlarına Əhli-Beytin məktəbi yolu ilə gelərək haqqı çatdıran Şeyx Nimrə edam hökmünü qətiyyətlə pisləyirik.Bu gün Şeyx Nimrin azadlığını tələb etmək Azərbaycanda haqq səsini ucaltdıqlarına görə həbs olunan İslam məhbuslarının, siyasi dustaqların – Hacı Mövsüm Səmədovun, Seyid Fəramiz Abbasovun, Hacı Tale Bağırovun, Hacı Abgül Süleymanovun, Hacı Ruhulla Axundovun və adını çəkmədiyimiz onlarla ruhanilərin əlimizdən alınıb həbsxanada həyatı yaşamasına etiraz səsimizi ucaltmaqdır”.Polis dinc aksiyanın qarşısını alıb və 5 nəfər həbs edilib. Saxlanılanlar arasında AİP-in sədr əvəzi Elçin Manafov və AİP Saray Komitəsinin sədri Namiq Məmmədli də saxlanılanlar arasında olub. Partiyanın mətbuat xidmətindən verilən xəbərə görə, Elçin Manafov və digər həbs edilənlərə 298 -ci maddə ilə xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. |