ArxivXəbər lentiXəbərlər

Səudiyyə kralı Şeyx Nəmrin edam qərarını ləğv etməyə məcbur oldu

İranın Məsləhət Şurasının rəhbəri Əli Əkbər Haşimi Rəfsəncaninin Səudiyyə kralı Abdullaha ünvanladığı məktubdan sonra barəsində edam hökmü çıxarılmış Ayətullah Nəmr haqqında qərar ləğv edilib.
FaktXəbər-in məlumatına görə, Səudiyyə Ərəbistanının rəsmiləri hələlik bu barədə heç bir açıqlama verməyib.
Qeyd edək ki, Səudiyyənin aparıcı şiə alimlərindən olan Ayətullah Şeyx Nəm 2011-ci ildə Qətifdə Səudiyyənin kral rejiminə qarşı keçirilən aksiyalarda iştirakına görə həbs olunmuş və ömürlük həbs cəzasına məhkum edilmişdi. Daha sonra isə onun haqqında edam cəzası çıxarılmışdı.
Xatırladaq ki, Rəfsəncaninin məktubunda, “Şeyx Nəmrin edam hökmünün ləğv edilməsi müsəlmanları parçalamaq istəyənləri ümidsizliyə uğradacaq, şiə və sünnilər arasında birliyi gücləndirəcək. Müsəlmanlar sizdən edamı dayandıracaq qərarınızı gözləyir”, – deyə bildirilirdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button