ArxivXəbər lentiXəbərlər
Səudiyyədən Türkiyəyə zərbə, PKK-ya yardım

Səudiyyə Ərəbistanının PKK-nın Suriya qolu PYD-yə TIR-larla yardım göndərməsi barədə məlumat yayılıb.
Haseke bölgəsinə dərman preparatları və ərzaqla yüklənmiş TIR-larla yanaşı 12 təcili tibbi yardım maşını da göndərilib.
Bu yardımlara Səudiyyənin Körfəz İşləri üzrə naziri Samir əs-Sebhanın rəhbərlik etdiyi bildirilib.
Qeyd edək ki, ötən həftə adı açıqlanan nazirin Suriyanın Rakka şəhərinə səfər edərək orada bəzi kəndlərə baş çəkməsi bu iddianın həqiqiliyini artırır.