ArxivXəbər lentiXəbərlər
Eldar Mahmudovun evi axtarıldı-qutularla dollar və kilolarla briliant

Pullar və daş-qaş Ədliyyə Nazirliyi yanında Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutuna ekspertizaya göndərilib
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun evlərində axtarış aparılıb.
Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib.
Məlumata görə, E.Mahmudovun Badamdar qəsəbəsindəki evində 30 qutu dollar və digər xarici valyuta, həmçinin şüşə bankalarda kilolarla brilyant çıxıb.
Götürülən pullar və daş-qaş Ədliyyə Nazirliyi yanında Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutuna ekspertizaya göndərilib.