ArxivFatimi yaşayişIslamXəbər lentiXəbərlər
Şaban ayının mövlud günləri başlayır

müqəddəs Şaban ayı özünün mövlud günləri ilə daha diqqətə layiq aylardandır.
Belə ki, 3 şaban İmam Hüseyn (ə), 4 şaban Həzrəti Əbəlfəzl Abbas, 5 şaban isə İmam Zeynulabidin (ə)-ın mövlud günləridir.
Bundan sonra 11 şaban İmam Hüseynin (ə) digər oğlu Həzrəti Əliəkbərin (ə) mövludu gəlir və bu bəzi müsəlman ölkələrində “müsəlman gənclər günü” olaraq qeyd olunur.
Şaban ayının 15-i isə İslam Dünyasında bəzi müsəlmanlar tərəfindən Zəmanənin Sahibi, Həzrəti Mehdinin (ə.f) mübarək mövludu qeyd ediləcəkdir.