İdlibdə yerləşən Fua və Kəfərya qəsəbələri 4 ildir ki, Ən-Nusra Cəbhəsi terror təşkilatının mühasirəsindədir. 40 min əhalinin yaşadığı iki qəsəbənin sakinləri vaxtaşırı hücumlara məruz qalırlar. Beynəlxalq humanitar təşkilatları da bölgəyə yardım çatdırmaqdan imtina ediblər.
İranın yük təyyarələri iki gün öncə İdlibdə mühasirədə qalan iki şiə qəsəbəsi Fua və Kəfərya qəsəbələrin havadan yardım atıblar.
Yardımlar əsasən ərzaq məhsullarına şamil olub. Yardımların bir qismi isə iki qəsəbədə olan sakinlərə Suriyanın digər bölgələrindən göndərilən hədiyyələr olub.
Ötən il qruplaşmaların Dəməşqətrafı əyalətin Mədaya və Zəbədani bölgəsindən çıxarılmasının qarşılığında mühasirədəki iki qəsəbədən də 20 min insan qoca, qadın, uşaq və xəstələr təxliyə edilmişdi.