Ötən gün, gecə radələrində Sabirabad rayonu Qaratoğay kəndində məsciddə yanğın baş verib.
Əraziyə çağırılan FHN-nin yanğınsöndürmə briqadası və yerli sakinlərin səyi nəticəsində yanğın söndürülüb.
Yanğının qarşısı alınsa da, məscid tamami ilə yanaraq yararsız vəziyyətə düşüb.
Məscidin birdən-birə müəmmalı alışması isə yerli sakinlərdə haqlı narahatlıq yaradıb.
Onların bildirdiyinə görə hələ ay yarım öncə Sabirabadın “Osmanlı” məscidi də belə qəfil alışmışdı. Sakinlər ardı-ardına məscidlərin alışmasında təsadüf deyil, insan faktorunun olduğunu düşünürlər.
Qeyri rəsmi məlumatlara görə isə, Sabirabadda ötən gecə bir deyil, iki məscid alışıb.
Güdəcühür kənd məscidinin də Qaratoğay məscidinin alışdığı bir zamanda yanmağa başladığı deyilir.
Lakin məlumat hələ ki, təsdiqini tapmadığından hadisə ilə bağlı araşdırmalar aparırıq. Qısa vaxtda oxuculara bu barədə məlumat veriləcək.