ArxivXəbər lentiXəbərlər

Sabunçu polisinin qarşısında saxlanılan dindarların həbs müddəti uzadılıb

Sabunçu polisinin qarşısında saxlanılan beş nəfərin həbs müddəti uzadılıb
 

İslamazeri.az-a bu barədə həbs olunanlardan birinin yaxını məlumat verib.

Məlumata görə, MBH-nin sədr müavini Elçin Qasımovun həbs olunması zamanı Sabunçu polisinin qarşısından saxlanılan beş dindarın növbəti məhkəməsi keçirilib.

Məhkəmə Sahil Rzalı, Elvin Bünyadov, Anar Əliyev, Niftəli Vəliyev və Lətif Əhmədovun barəsində həbs qətimkan tədbirinin müddətini uzadıb.

Növbəti proses may ayının 5-nə təyin olunub.

Qeyd edək ki, ötən ilin noyabr ayında Sabunçu polisinin qarşısına toplanan bir qrup şəxs İXM-nə əsasən sutka və aylıq həbs olunmuşdular, Nardaran hadisələri zamanı isə inzibati həbs olunan 5 nəfər haqqında  cinayət işi açılmış və barələrində həbs-qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasına göndərilmişlər. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button