Aktual

Sag olsun, var olsun , biz ölsək də yaşasın səhiyyəmiz!

Bu gun eşitdiyim ana ölümü, dünən baş verən üc gün bu işıqlı dünyada yaşayandan sonra dünyasını dəyişən körpe ölümü, 21 gün həkimlərin səhlənkarlıgı yox savadsızlıgı ucbatından həyatda qalmaq ücün mübarizə aparan bir ilin gəlininin faciəsi məndə belə bir fikir yaratdi ki, elə ölsək yaxşıdı. Ölək ki, baş verən bu haqsızlıqları görməyək. Bir ölkədəki haqqımız qorunmur, haqli olaraq bəzi hakimlər biz…i haqsız edir, qanunlardakı boşluqlardan istifadə edib özlərinə sərf edən hökmü cıxarırlar. Niyə və kimə görə yaşayırıq?

25177

Yox mənim səbəbim var yaşamaqcun. İki oglum var. Onlara görə yaşamalıyam. Məcburam. Bu haqsızlıqları görsəmdə dözməliyəm. Əslində mən də getməliydim, gedirdimdə. Ruhumun bədənimdən ayrıldıgını da gördüm. Yalvardım.Məni aparmıyın deye yalvardım. Hec kimin görmədiyi, bəlkə də o dünyada məni qarşılayan iki şəxsə yalvardım. Özümcün yox övladlarımcun yalvardım. Onlar anasız qalmasın, yetim damgası vurulmasın deyə yalvardım. Səsim eşidildi və mən qayıtdım. Qayıtdım ki, iki ogluma analıq edəm, qayıtdım ki, bu olanları ictimaətə catdiram, qayıtdım ki, dövlətimin faciyə yaşayan anaların səsinə səs verdiyini görəm. Amma dərdimdən başqa hec nə görmədim. O dünyada səsim eşidildi, bu dünyanın gözü kor, qulaqları kar imiş. Hec nəyi görmur və eşitmir ya da görmək və eşitmək istəmir. Səhiyyə nazirliyinin rəsmisi əyər canlı efirdə ana olümünden danışanda deyirsə ki, ana ölümünde günahı olan baş həkim artıq bu vəzifədə işleye bilməz. Ne deyesen? Ancaq öləsən gərək ki, bunları eşitməyəsən. Deməli bir can alan həkim özəl klinikalarda işləyib can almaqda davam edə bilər. Onda niye ogurluq edənləri məsuliyyətə cəlb edirler? Ehtiyyacdan, qapıdan icəri girəndə boş əllərinə baxan övladları ücün edilirsə bu ogurluq? Haqq qazandırsınlar! Nece ki, cəllad həkimlərə bu haqqı tanıyırlar. Bir qadın məsləhətxanasının baş həkimi isə deyir ki, USM yalnız dölun inkişafinı gösterir.. Ananın orqanlarını göstərmir. Öləsən gərək ki, səhiyyəmizin bu vəziyyətə duşdüyünü görməyəsən. Yaziq bu övladları dünyaya gətirən analar ölün ki, səhiyyəmizin övladlarınızın başına gətirdiklərini görməyəsiz. Ölün ki, nəvənizin gözündə o yetimlik baxışlarını hiss etməyəsiniz. Belə getsə qızlarımız artıq övlad dünyaya getirməyə qorxacaq. Beləcə cox uşaqlı analar olmayacaq və onlara verilən statuslar da kağız üzərində qalacaq. Təklifim : coxuşaqlı analarla baglı bu qanunu ləgv etsinlər, cünki bu status Azərbaycanda lazım olmayacaq. Sag olsun, var olsun , biz ölsək də yaşasın səhiyyəmiz!

Zamirə Dadaşova

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button