Azərbaycanın dövlət telekanallarının dindar və qeyri-dindarlara qarşı ikili davranışı tənqid edilib

Azərbaycan Respublikasının sosial şəbəkə fəalları dövlət telekanallarının korona xəstəliyinə görə imkansız ailələrə yardımlar barədə xəbərlərin verilməsindəki ikili rəftarını tənqid ediblər.
Qafqaz Həqiqətləri xəbər verir ki, Azərbaycan Respublikasının sosial şəbəkə fəalları dövlətə və dövlət telakanallarına tənqidlərini bildiriblər. Buna səbəb koronavirusun yayılması üzündən zərərçəkən imkansız ailələrə yardım edən dindarların hökumət tərəfindən həbs edilməsi, dövlət telekanallarında isə homoseksual fəal Bayram Nurlunun yardım etməsinin reklamı və ona minnətdarlıq edilməsi olub.
Sosial şəbəkə istifadəçiləri bu məsələdən heyrətləndiklərini bildirərək yazıblar: “Olduqca təəccüblüdür ki, əhaliyə yardım göstərən dindarlar həbs edilir, amma üzdəniraq Bayram Nurlu kimi birisi KİV-də reklam olunur.”
Qeyd edək ki, son həftələrdə koronavirusa görə imkansız ailələrə yardım payladığına görə, Müsəlman Birliyi Hərəkatının bir neçə üzvü həbs edilib.