Azərbaycan R. Ermənistanın “İsgəndər” raketini vurmağa qadirdir

Azərbaycan Respublikasının müdafiə naziri deyib: Azərbaycan Respublikası elə bir silaha malikdir ki, Ermənistanın “İsgəndər” raketini vura bilər.
APA xəbər agentliyinin məlumatına görə, Zakir Həsənov bu xəbər agentliyi ilə müsahibədə deyib: Müdafiə naziri kimi bildirirəm; biz elə sistem və raketlərə malikik ki, “İsgəndər” raketini vura bilər və bizdə mövcud olan raketlər düşmən Ermənistanın raketlərindən əlli dəfə güclüdür.
“Söylədiklərimin məsuliyyətini üzərimə götürürəm” deyən Həsənov əlavə edib: Əgər ermənilər Azərbaycan Respublikasına raket atmaq fikrində olsalar, biz onların hərbi mövqeləri və infrastrukturlarını hədəfə almaqla cavab verəcəyik.
Azərbaycan Respublikasının müdafiə naziri bu ölkənin Qarabağ münaqişəsini dinc yolla həll etmək ardınca olduğunu bildirərək, deyib: Bu, o demək deyildir ki,nəticəsiz müzakirələr davam etdiriləcək.