ArxivXəbər lentiXəbərlər

Nemət Pənahlı saxlanıldı

Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı polis tərəfindən saxlanılıb.

N.Pənahlının AXCP sədri Əli Kərimlinin yaşadığı binanın qarşısında keçirilən aksiyaya etiraz etməsi aksiya iştirakçıları ilə arasında mübahisəyə səbəb olub.

O, yaşadığı bina qarşısında keçirilən aksiyanın onun rahatlığını pozduğunu bildirib və aksiya iştirakçılarından tədbiri dayandırmağı tələb edib.

Nəticədə mübahisə yaşanıb. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları onu saxlayıb.

Qeyd edək ki, bu gün AXCP sədri Əli Kərimlinin yaşadığı evin qarşısında növbəti etiraz aksiyası keçirilib./teleqraf/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button