, Rusiyanın Tehrandakı səfiri burada olmadığından bu ölkənin müvəqqəti işlər vəkili 23 dekabrda axşam saatlarında Xarici İşlər Nazirliyinin Fars körfəzi üzrə Baş direktorunun köməkçisi tərəfindən çağırılıb.
Diplomata Mərakeşdə keçirilən Ərəb-Rusiya Əməkdaşlıq Forumunun altıncı iclasının bəyanatında yer alan əsassız iddialara Rusiya hökumətinin dəstəyinin təkrarlanması ilə bağlı İran İslam Respublikası hökumətinin sərt reaksiyası açıqlanıb və ona etiraz notası təqdim olunub.
Bu görüşdə Fars körfəzi məsələləri üzrə baş direktorun köməkçisi ölkələr arasında münasibətlərdə tanınmış və fundamental prinsiplərdən biri kimi ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin zəruriliyini xatırladaraq, Fars Körfəzindəki üç məlum adanın İrana əbədi mənsub olduğunu qeyd edib və İran İslam Respublikası hökumətinin bununla bağlı istənilən tərəfin hər hansı iddiasını rədd edilmiş və qəbuledilməz hesab etdiyini vurğulayıb.
Görüşdə Rusiyanın müvəqqəti işlər vəkili İran İslam Respublikası hökumətinin etirazını ən qısa zamanda ölkəsinin hakimiyyət orqanlarına çatdıracağını bildirib.