ArxivIslamXəbər lentiXəbərlər
Samirradakı terrorda Azərbaycan zəvvarlarının avtobusu bu hala düşdü – Foto

İraqın Samirra şəhərində zəvvar avtobuslarının yerləşdiyi dayanacaqda terror aktı törədilib
İslamazeri.az-a İraqdan verilən xəbərə görə, bu gün İraqın Samirra şəhərində baş vermiş terror aktı zamanı Azərbaycan zəvvarlarının avtobusu da xəsarət alıb.
“Bu gün Samirrada ziyarətgahda idik, partlayış səsi eşidildi. Məlum olduki, zəvvar avtobuslarının olduğu dayanacaqda olub. Azərbaycanlı sürücülər xəsarət almayıb, amma avtobusun birinin şüşələri sınıb. Digər avtobuslardan (Azərbaycandan olmayan,əksəri İran avtobusları) partlayanlar da var. Deyilənə görə, 70, 80 nəfər şəhid olub. Bizim zəvvar şirkətinin nümayəndəsinin biri yüngül yaralanıb.”, -deyə zəvvarlardan biri İslamazeri.az-a məlumat verib.