İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələri komandanı general-mayor Qasim Süleymani ABŞ Prezidenti Donald Trampın təhdidlərinə cavab verib.
General Q. Süleymani bildirib ki, əgər Tramp təhdid dilini istifadə etmək istəyirsə, ölkə prezidenti Həsən Ruhani ilə deyil, onunla danışmalıdır: “Bir əsgər olaraq, Trampın təhdidlərinə cavab vermək mənim vəzifəmdir. Əgər o təhdid dilini istifadə etmək istəyirsə, mənimlə danışmalıdır, prezident Həsən Ruhani ilə deyil!”
Süleymanı, həmçinin ABŞ əsgərlərinin Qırmızı dənizdəki mövcudluğunu tənqid edib:
“Keçmişdən etibarlı olan Qırmızı dəniz ABŞ varlığı ilə artıq etibarlı deyil. Qırmızı dəniz neft tankerləri üçün dünyadakı ən mühüm ticarət yollarından biri mövqeyindədir. Tramp bizim şəhidlər milləti olduğumuzu və onu gözlədiyimizi bilməlidir”, – deyə iranlı general diqqətə çatdırıb.
Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampı “odla oynamamağa” çağırmışdı.
“Od ilə oynamayın, çünki buna görə peşman olacaqsız. Siz İranın maraqları və təhlükəsizliyinə qarşı heç bir maneə törədə bilməzsiniz” , – deyə İran lideri vurğulamışdı.
ABŞ prezidenti Tramp da buna cavab olaraq Tvitter hesabından paylaşdığı mesajında Ruhaniyə xitabən, “Bir də heç vaxt ABŞ-ı təhdid etmə, yoxsa tarixdə çox az adamın gördüyü nəticələrə dözərsən” – ifadələrini işlətmişdi.