Seyyed Əbbas Əraqçi Vyana müzakirələrindən geri döndükdən sonra bu gün İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının iclasında iştirak edib və bu müzakirələr barədə məlumat təqdim edərək, bildirib ki, bütün sanksiyaların 95 faizi ləğv olunubdur.
Əraqçi qeyd edibdir ki, yerdə qalan beş faiz də müzakirə edilməkdədir və müzakirələrin davamında bu beş faiz də qaldırılacaqdır.