İslami günlər çərçivəsində bu şəhərdə “Məhəmməd Rəsulullah (s)” filmi nümayiş olunacaq
Aprelin 27-dən may ayının 6-dək Sankt-Peterburqda “İslami Mədəniyyət Günləri” keçiriləcək.
Maide.Az xəbər verir ki, Sankt-Peterburq şəhərinin 300 illik tarixində ilk dəfədir ki, bu şəhərdə “İslami Mədəniyyət Günləri” keçiriləcək.
Sankt-Peterburqda “İslami Mədəniyyət Günləri” Rusiya Federasiyası Müsəlmanları Dini İdarəsinin, Moskva Dövlət Universitetinin, Sankt-Peterburq Universitetinin, Armitrajdövlətmuzeyi, Rusiya Elmlər Akademiyası və Əl-Mustafa (s) beynəlxalq Universitetin təşəbbüsü ilə keçirilir.
Qeyd edək ki, Sankt – Peterburqda “İslami Mədəniyyət Günləri” çərçivəsində dünya kinematoqrafiyasının ən son şedevri “Məhəmməd Rəsulullah (s)” filmi də nümayiş olunacaq.
Bundan öncə film Moskva şəhərində nümayiş olunmuşdu.