İrəvanda fevralın 24-də bir qrup gənc yerə uzanaraq aksiya keçirib.
Qafqaz.ir News.am-a istinadən xəbər verir ki, etiraz aksiyası Serj Sarkisyanın iqamətgahı qarşısında təşkil olunub. Aksiya iştirakçıları siyasi məhbuslara azadlıq istəyiblər.
Polis aksiyanı dağıdıb, etirazçılar saxlanılaraq polis məntəqəsinə gətirilib.