ArxivXəbər lentiXəbərlər
Sarkisyanın Qarabağımıza gizli səfəri – FOTO

Ermənistan prezident Serj Sərkisyan bu gün Azərbaycanın işğal altında olan ərazilərinə gəlib. Modern.az Ermənistan prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, Serj Sərkisyan Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələrilə görüşüb.
Serj Sərkisyan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı torpaqlarında apardığı “Birlik 2014” hərbi əməliyyatları çərçivəsində separatçı rejimdəki bir sıra hərbi hissəyə baş çəkəcək. Onu “DQR”in “prezidenti” Bako Saakyan, Ermənistan müdafiə naziri Seyran Ohanyan və digər yüksək rütbəli zabitlər müşayiət edəcək.
Qeyd edək ki, ötən gün qoşunların təmas xəttində Ermənistan ordusuna məxsus helikopter vurulub. Görünür, Ermənistan rəhbərliyi Azərbaycanın bu addımından təşvişə düşüb və Serj Sərkisyan təcili Qarabağa gəlib.
<p”>