IslamXəbərlər

Seksual cihad!

Suriyada vəhabilərin terrorçu, döyüşçü, vətənpərvər və yaxud da mücahid adı altında döyüşmələri artıq neçə aydır ki, medianın müzakirə obyektinə çevrilib.

Vəhabilərin hansı qüvvələr tərəfindən Suriyaya göndərilməsi, kimlər tərəfindən təlimatlandırılması, hansı maraqlar üzündən döyüşlərə atılması ilə bağlı müxtəlif ittihamlar söylənilir.
Avrasiya.net bu dəfə isə Suriyada “seks cihad” mövzusu çözəcək. Amma qeyd edək ki, bu məsələ də öz təsdiqini tapmaqdadır, özü də fakt və videolarla. “Əl Ərəbiyə” qəzeti xəbər verir ki, Tunisin daxili işlər naziri Lütfü ibn Ceddo, tunisli gənc qızların 20, 30 və ya 100 “cihad”çıların arasında “seks cihadı” üçün “mübadilə” edildiyini və əksəriyyətinin də ölkələrinə hamilə olaraq geri döndüklərini söyləyib. Ceddo, bu mövzu haqqında səssiz qaldıqları üçün də özlərini günahlandırdı.
Aprel ayında da, dövrün Tunis Müftisi Şeyx Osman Battıh, 13 tunisli gənc qızın “aldadılaraq” Suriyadakı döyüşçülərə “seks xidməti” vermək üçün bu ölkəyə getdiklərini söyləmişdi. Battıh bunu, “fahişəliyin bir növü” olaraq adlandırıb. Avqust ayında da, ictimai təhlükəsizlik xidmətinin rəhbəri Mustafa ibn Ömər, ölkənin şərqində Əl-Qaidə ilə əlaqəli bir “seks cihadı” hücrəsini çökerttiklerini açıqlamışdı.
Ceddo, mart ayından bu yana Tunis-Suriya arasında cihadcı şəbəkəsi ilə əlaqə qurma ehtimalı ilə 6 min adama səyahət qadağası qoyduqlarını, 86 şəxsi də həbs etdiklərini bildirmişdir. Ceddo, “Gənclərimiz “cihad”çılar tərəfindən Suriya kəndlərinə necə hücum edilib, evləri necə viran qoymaq barədə öyrənirlər ” deyib.
Suriyada “Seks cihadı” iddialarını yalanlamaq üçün yeni fotoşəkillər nəşr olunub. Görüntülər Suriyada qadınların silahla necə rəftar etmələri ilə bağlıdır. Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriyada uzun müddətdir davam edən vətəndaş müharibəsi ərəfəsində Əsədə qarşı bir çox ölkələrdən müsəlman qruplar Suriyaya gedib. Lakin bu mövzu ilə əlaqədar tunisli rəhbər şəxslərdən biri “Qadınlarımız Suriyaya seks cihadı üçün gedir” deməsi gündəmə damğasını vurmuşdu.
Ancaq “Reuters” xəbər agentliyi bu iddiaları yalanlayacaq fotoşəkillər paylaşıb. Görüntülərdə qadınların silahdan necə istifadə etmələri ilə bağlı dərs almaları dünya mediasının əsas xəbərlərindən olub.
Güman edirəm ki, siz, Suriyadakı tunisli qadınlarla bağlı son zamanlarda gəzən söhbətlərdən xəbərdarsınız. Bu qadınların “Seks cihadının kölələ”ləri olduqları, bədənlərini suriyalı mücahidlərə satdıqları və bətnlərində gələcəkdə cihad edəcək körpələrlə vətənlərinə qayıtdıqları kimi iftiralar gəzib-dolaşmaqdadır.
Çox təəssüflər olsun ki, bu iddialarla bağlı bir dənə də olsun fakt ortaya qoyulmasa da, bu kimi xəbərlərin mətbuat vasitəsi ilə hər tərəfə yayılması maraq doğurur.
Əgər xatirinizdədirsə, dekabr ayında Livanın “Əl-Cədid” kanalında, səudiyyəli dəvətçi, Suriya rejiminə qarşı çıxması ilə tanınan Şeyx Məhəmməd Ərifinin sünni olmayan qadınlara üsyançılar tərəfində təcavüz edilməsi ilə bağlı fitva verdiyi xəbəri yayılmışdır. Çox keçmədən bu iftira şeyxin özü tərəfindən təkzib edilmiş, habelə “Elektron İntifada” saytının redaktoru Əli Abunimə də bu xəbərin əsassız olduğunu açıqlamışdır. Mart ayının 27-də isə bununla bağlı digər bir xəbər ərəb milliyyətçiliyi ilə ad qazanan “əl-Həyat” saytında yerləşdirildi. Bu dəfə Ərifinin gənc qızları üsyançılarla cinsi əlaqəyə girməyə təşviq etdiyi açıqlandı. Bu iddia da şeyx Ərifi tərəfindən rədd edildi.
Bu yaxınlarda yayılan xəbərlərdə 13 tunisli gənc qızın yoxa çıxdığı və onların guya “seks cihad”ı üçün Suriyaya getdikləri haqda məlumatlar verilmişdir. Digər ərəb saytında göstərilən bir video çarx bu iddiaları daha əsaslı göstərməyə zəmin yaratdı. Həmin video çarxda bir ailə 17 yaşlı qızlarının sələfi qruplar tərəfindən yoldan çıxarıldığı və Suriyaya göndərilərək mücahidlərlə “mütə” nikahına təşviq edildiyi öz əksini tapmışdı. Hətta İranın ərəb dilində fəaliyyət göstərən “əl-Aləm” kanalı bu qızlardan birindən müsahibə götürdüyünü yayımlamışdı.
“Seks cihad”ı mövzusu iyul ayında da gündəmə gətirildi. Bu dəfə hədəf “Rabiə” meydanında mübarizə aparan “Müsəlman Qardaşlar”ın üzvləri idi. Sözügedən təşkilatın məhv edilməsini dəstəkləyən və Səudiyyə rejiminin dəstəyini görən “əl-Ərəbiyyə” saytı təşkilatın qadın üzvlərinin meydanda mübarizə aparan kişilərin cinsi ehtiyaclarını ödəmək üçün gətirildikləri xəbərini yerləşdirdi.
Bu hekayə müsəlmanlar və seks mövzusu hər dəfə önə çıxarkən ABŞ mediasında daha ciddi marağa səbəb olurdu. “Atlantık”, “Taym”, “Biznes İnsayder”, “Qlobal Post”, “Huffinqton Post”, “Deyli Bist” və bunun kimi bir çox media orqanları Edvard Səidin oriyentalizm təhlilini təsdiqləyəcək tərzdə mövzuya münasibət bildirmişdirlər. Bu kimi iddiaların elə əvvəldən heç bir əsası olmadığını görməzdən gəlmək qeyri-mümkün idi. Çünki vətəndaş müharibəsinin getdiyi hər bölgədə fərqli ideoloji və siyasi qruplar tərəfindən bu cür iddia və ləkələmələrin mövcudluğu qaçılmazdır.
Mövzu ilə bağlı “O’Babaygate” və “Mini Pres-Geyt” saytları məsələyə aydınlıq gətirəcək xəbərlərə yer vermiş, onların ideoloji stereotiplərlə necə bəslənilib yayıldığını ortaya qoymuşdular. Hətta “Women Under Siege”-in müdiri Loren Volf Suriyada “Seks cihad”ı iddiasının köklü əsasının olmadığını və sözügedən bölgədə qəsdən əks-təbliğat müharibəsinin davam etdirildiyinə diqqət çəkmişdir.
2012-ci ilin sentyabr ayında Suriyaya gələn azad jurnalist Rut Mişelson bu kimi hekayələrin əsassız olduğunu demişdir. Jurnalist məsələyə belə diqqət çəkmişdir: “Burada daha çox qarşılaşdığımız şey Qərb mətbuatında tez –tez dərc edilən immiqrant qadınların körfəz ölkələrində kişilərə zorla ərə verilmələri ilə bağlı hekayələrdir. “Seks cihad”ı yeni bir mövzudur. Qərb bunu bilərəkdən edir ki, İslam dünyasında seksdən başqa bir şey düşünməyən kişilər və haqları tapdanan qadınlar” mövzusunu bir da gündəmə gətirsin”.
Bu iddia son dəfə Yəməndə kiçik bir qızın yaşlı bir kişi ilə evləndirilməyinə dair yayılan xəbərlərlə eyni məntiqə sahibdir. Bu, müsəlman qadınların bədənlərinin şəhvət düşkünü kişilər tərəfindən necə istismar edildiyi düşüncəsini yaymağa xidmət edən planın başqa üzüdür. Mişelson sözlərinə belə davam edir: “Meydanda mübarizə aparan xeyli sayda qadın olduğu halda, Suriyaya kişilərin arzularını təmin etmək üçün gəldiyi iddia edilən qadınlar haqqında nəyə görə daha çox söhbət açırlar?”

Suriyada döyüşən islamçılara – “Cəbhət-ən-Nusra” və “Əl-Faruq” döyüşçülərinə seksual xidmət göstərmək üçün qonşu ölkələrdən ora müsəlman qadınlar gedir. Bu, bir növ `seks cihadı` sayılır.

Suriyada olan Avropa jurnalistlərinin yazdığına görə, bu qızlar özlərini “cihad bacıları” adlandırırlar. Onlar döyüşən islamçı əsgərləri seksual cəhətdən təmin etməyi özlərinin din və vicdan borcu bilirlər.
Misirdə isə “Müsəlman qardaşlar”ın feysbuk səhifəsində qadınlara müraciətlə belə bir elan dərc olunmuşdu ki, “Seksual cihadın vaxtı hələ yetişməyib, amma buna hazır olun!”. Bu fətva bir qadının sorğusuna cavab olaraq verilmişdi. Soğru isə belə idi ki, müsəlman qadınlar `Rəba-əl-Ədəviyə` çadır şəhərciyinə gedərək, Məhəmməd Mursinin tərəfdarlarını rahatlada bilərlərmi?
Bəşər Əsədin tərəfdarları isə onlara belə xidmət göstərən olmadığından, öz ehtiyaclarını düşmənlərinin qadınları və qızları hesabına ödəyirlər. Bu, “Human Rights Watch” və “Amnesty International” kimi qurumların hesabatında da əks olunub. Hətta Səudiyyə Ərəbistanında Muhəmməd-əl-Arifi adlı bir şeyx fətva verib ki, Suriya qadınlarını zorlamaq halaldır. O, həmçinin dünyanın müxtəlif yerlərindən olan müsəlman qadınları Suriyada döyüşən islamçılara “xidmət” göstərməyə çağırıb. Və bildirib ki, bunu edən qadınları Cənnətdə də eyni gözəl işlər – şəhidlərə və qəhramanlara intim xidmət göstərmək kimi mükafat gözləyir.
Bəs bütün bunlar İslama əslində nə dərəcədə uyğundur? İlahiyyatçı Dilman Şahmərdanlı açıqlamasında suala çox kəskin reaksiya verdi: “Allah onların da, onları ora göndərənlərin də bəlasını versin. Allah o fətvanı verənə də, onun fətvasına da lənət eləsin! Bu, əxlaqsızlıqdır, tərbiyəsizlikdir”. Şahmərdanlının sözlərinə görə, İslamda müvəqqəti evlilik olsa da, o qadınları Suriyaya göndərənlər bunu qəbul etmirlər, ancaq zinaya göndərirlər. Düşmənin qadınlarını zorlamaq da həmçinin qadağandır və bunu edənə Cəhənnəm əzabı vəd olunur.
Suriyada cihad nigahı edib geri qayıdan qadınlarda QİÇS xəstəliyinin aşkarlanması Tunis orqanlarını və xalqını narahat edib.
Tunis Daxili İşlər nazirliyindən verilən məlumata görə tunisli qızları qaçaq yollarla Suriyaya aparmaq istəyən bir neçə təşkilatda ələ keçirilib. Tunisin “eş Suruk” qəzeti yazır ki, Suriyadan qayıdan qızlarda QİÇS xəstəliyinin aşkar edildiyini bəyan etməsindən sonra Tunisdə xalq narahat olmağa başlayıb.
“Eş Şuruk” qəzeti dünənki sayında 19 yaşındakı bir qızın bir il Suriyada qaldıqdan sonra QİÇS xəstəliyinə tutularaq 5 aylıq bir körpə ilə geri döndüyünü yazdı. Tunisli bu qız Suriyaya necə getməsi və hal-hazırda Suriyada olan qızların vəziyyəti haqqında məlumatlar da verib. Qəzet yazır ki, bu yola düşmüş qızların şəxsən şahidi olmuş olduqları gerçəkləri işıqlandıraraq və bu anda Tunisli bir çox qızın QİÇS xəstəliyinə tutulduğunu və bunların Tunisə geri dönmələri halında cəmiyyətdə sağlamlıq baxımından böyük bir faciə yaşanacağı barəsində xəbərdarlıq etdi.
Qəzetin xəbərində ayrıca Nusra Cəbhəsi, Şam və İraq İslam Dövləti və o biri sələfi vahhabi qrupların bu nikahın qanuni olmadığı mövzusundakı fikirlərə diqqət etmədikləri və hətta saatlıq evliliklərə belə əl atdıqları ifadə edildi. Daha 17 yaşında olan bu qızın izah etdiklərinə görə daha əvvəl xəstəxana olaraq istifadə edilən binada o biri qadınlarla birlikdə tutulduqlarını və hər nə zaman Suriyalılar hücum etsələr daha sonra bizlərə hücum edərək təcavüz edirdilər dedi.
Beş aylıq hamilə olan bu qadın sözlərini belə davam etdirdi: Evlilik və yoldaş seçimi məsələsi söz mövzusu deyildi. Buna görə də mən o qədər Pakistanlı, Əfqanıstanlı, Libyalı, Tunisli, iraqlı, Çeçenistanlı, Ərəbistanlı və Somali döyüşçülər arasında hansından hamilə qaldığımı və ya hansından QİÇS xəstəliyinin yoluxduğumu bilmirəm!
O da söylənilir ki, qadınlar hamiləykən ölkələrinə qayıdırlar və Allahın yeni əsgərlərini dünyaya gətirirlər. Tunisli nazirin açıqlamasında sonra “Al Mijhar” jurnalında Suriyada islamçılara seks qulluğu göstərən qadınların birinin “Mənə cənnət vəd etdilər və 152 kişi ilə oldum” başlıqlı müsahibəsi dərc olunub.
“Mücahidlərlə münasibətdə olan qadınlar cənnətə düşəcək”.
Vəhhabilərin tanınmış vaizi Məhəmməd Arif Suriyada döyüşən mücahidlərin seksual problemlərini həll etmək üçün xüsusi fitva verib.
Döyüşən mücahidlərin 2 ildən artıq qadın üzü görmədiklərini deyən vaiz bildirib ki, mücahidlər bir neçə saatlıq suriyalı qadınlarla nikaha girə bilərlər.
Fitvanın şərtlərinə görə, mücahidlər yalnız 14 yaşından yuxarı, ərindən boşanan və yaxud da dul qadınlarla ola bilərlər.
O qeyd edib ki, mücahidlərlə münasibətdə olan qadınlar cənnətə düşəcək. Fitva birmənalı qarşılanmayıb. Suriyalı alimlərin bildirdiyinə görə, bu fitva qadınlara qarşı təcavüzdür.

Mövzu ilə əlaqədar France 24-dəki məqaləni təqdim edirik.

Bir neçə həftədir ki, media və mətbuat “cihad üçün seks” başlıqlı, Suriya üsyançılarının nəzarətində olan bölgələrdə baş verdiyi güman edilən hadisələrdən danışırlar : Xüsusən Tunis əsilli yüzlərlə müsəlman qadın güya Suriyaya sırf orda vuruşan cihadçıların cinsi tələblərini ödəmək üçün yola düşürmüşlər. Tarixçəsi, şübhəsiz, maraqlıdır, amma hekayə bir az bəsit hazırlanıb.
“Cinsi cihad” adlı anlayışa birinci dəfə 2012-ci ilin dekabrında Səudiyyə Ərəbistanlı Mohammed al-Arefemom tvitinin yayılmış bir “screenshoot”unda rast gəlinib. Bu şeyx sələfi-mücahid qruplarında hörmət edilən bir şəxsiyyətdir və öz sərt məzmunlu möizələrinə görə tanınır.
Bu tvit “ 14 yaşdan etibarən müsəlman qadınlara bir neçə saatlıq olsa belə cihadçı ilə evlənmək üçün icazə verildiyindən bəhs edir və bunun döyüşçülərin əhval-ruhiyyəsini yüksəltmək üçün edildiyindən cənnətin qapısını açacaq bir vasitə olduğu” bildirilir.
Al-Arefe kimi nüfuzlu bir şəxsdən gələn bu cür bir mesaj əgər uydurulmuş olmasaydı fitva gücündə bir təsirinə çoxdan malik olardı. Lakin, lap əvvəlcə, xırdaca bir texniki xəta gözdən qaçıb. Bu tvit 200 işarə ilə yazılıb, tvitterdə isə istənilən istifadəçi 140 işarəlik limiti poza bilmir.
Özünü ələ verən bu hiylənin necə aydın və aşkar olmasına baxmayaraq, 2012-ci ildə “Nigah cihadı” söhbəti mediada böyük miqyasda təhlil edilir və hətta bəzi dövlət kanalları və bu cür imkanı əldən verməyən bir İran kanalı tərəfindən “şou gəzən” milyonlara bu sensansiyanı çatdırmağa tələsir.
Şeyx Əl-Arafe isə çox vaxt keçmədən xəbəri təqzib edir və 6 milyon izləyicisi olan tvitter və facebook səhifələrində belə bir məlumatı nə vaxtsa görənlərin şahidliyinin tapıla bilməyəcəyini bildirir.
Nə qəribədir ki, bu “nigah cihadı” və ya “cinsi cihad” adlı xəbərlər mediada daha bir müddət xeyli yol qət edəcək, lakin bu dəfə nədənsə birdən-birə müsəlman qadınlara belə bir icazəninin “naməlum bir sələfi alimi” tərəfindən verildiyi xəbərləri Şeyx Əl-Arefenin sözlərini bizlərə unutduracaqdı
2013-cü ilin yanvarından isə Suriya rejiminə yaxın media orqanları bu cür materialın verə biləcəyi fürsətdən “fərasətlə” istifadəyə başlayır. Bu sonuncu “dəqiq və qərəzsizlər” hətta2010-cu ildə Çeçenistanda filmə alınmış “qadın cihadçıları” Suriyada vuruşan üsyançı döyüşçülərə “cinsi xidmət” üçün gəlmiş Tunisli qızlar kimi təqdim etməkdən çəkinməyəcəkdilər.
Şəriştəsiz yalan onu hazırlayan bəzi jurnalistlərin belə vicdanını sonda tərpətmişdi. Al-Mayadeen adlı Livan televiziya kanalının jurnalisti Malika Jebari “yox yerdən bir cinsi cihad xidməti verən qızlar haqqında reportaj”hazırlamağa məcbur edilməsindən şikayət edib istefa vermişdi.
2013-cü ilin sentyabr ayında, keçən həftələrdə bu tip xəbərlər yenə meydan sulamağa başlayır. Nə təsadüfdür ki,“anonim etiraf etmələr” və “mütəxəssislərin bulanıq nağıllardan ibarət” xəbərlərin ilk istinadı kimi biz yenə də Suriya və Livanda olan bəzi kanalları tapırıq.
İqtidardakı islamçı En-Nahda partiyası ilə ixtilafda olan bu nazirin bu siyasi mövqeyindən medianın bəhs etməməsini unutqanlıqla izah etmək olar, lakin sözügedən nazirin öz iddiasına heç cür bir sübut-isbat gətirə bilməməsinin ancaq birmənalı izahı ola bilər.
Suriyada vuruşan cihadçı və ya terroristlərə ( məsələnin məğzi bu insanları necə adlandıracağımızda deyil) cinsi xidmət göstərmək üçün bu ölkəyə yola düşən “yüzlərlə qadından” təsadüfən birinin belə şahidliyini görə bilmirik. Ən sonuncu “ən yaxşı qeyri-professional” reportajı isə 22 sentyabrda Suriya Əl-İxbariya kanalında görürük : 16 yaşlı qız ağlayaraq bildirir ki, atası onu “cihadçılara cinsi xidmət” etsin deyə terroristlərə verib. Bundan əvvəl isə öz atası onu cinsi cəhətdən istismar edibmiş. Sonra cihadçılar tərəfindən zorlanma hadisələrinin təfərrüatı. Amma göz yaşının, sızlamanın olmaması bu cür onlarla reportaj hazırlayan rejim təəssübkeşi bu kanalın tapdığı bu qızcığazın şahidliyini çox da inandırıcı etmir.
France24 kanalı, onun üçün işləyən yerli ərəbdilli bir jurnalist vasitəsi ilə həddən artıq çox yerə parçalanmış üsyançı qrupların hər hansı birində bu cür praktikanın olub-olmamasını aylar ərzində araşdırıb. “Mövcud olmayan sübut obyektiv yolla tapılmır” məntiqi özünü doğruldub.
Ərəb Liqasının Suriyada müşahidəçisi, Əlcəzair əsilli Ənvər Malek deyir : “Mən həm Suriya, həm də Tunis rəsmiləri ilə danışıqlar aparıram. Bu məsələnin heç bir əsası yoxdur. Mən danışdığım bu saata qədər heç bir bu praktika ilə bağlı əldə əsaslı bir sübut yoxdur.”
Heç üzərində qurulan bu hekayə yaxşı satılır, klaviatura və televizor ekranı Suriya barəsində “sərfəli olan” meyarını “doğru olan” meyarına tərcih edir, artıq ortada sənin və ya mənim xəbərim məsələsi var.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button