ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Şennak: “Jurnalistlərin öz öhdəliklərini yerinə yetirdiklərinə görə həbs olunması yolverilməzdir“

“Azərbaycan hakimiyyəti həbs olunmuş jurnalistləri azad etməlidir”.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə keçmiş məruzəçisi və media azadlığı üzrə məruzəçisi Stefan Şennakın (Stefan Shennach) sözləridir.
Stefan Şennak bildirib ki, jurnalistlərin öz öhdəliklərini yerinə yetirdiklərinə görə həbs olunması yolverilməzdir.
“Turan” Agentliyi yazır. Məruzəçi bildirib ki, Azərbaycan hakimiyyət nümayəndələri neft və qaz satmaqla, hər şeyi riskə ata biləcəklərini düşünürlərsə, yanılırlar. Azərbaycan artıq bu mənada beynəlxalq siqnallar alıb:
“Təkcə jurnalistlərin yox, həm də professor Qubad İbadoğlu, media sahəsində eskpert Ələsgər Məmmədli kimi siyasi və ictimai xadimlərin də həbslərə məruz qalması faktını necə qiymətləndirmək olar? Onların hər ikisinin səhhətində ciddi problemlər var, lakin hakimiyyət onları azad etmək çağırışlarına məhəl qoymur”, – məruzəçi əlavə edib.
