İran İslam İnqilabı Keşikçilər Korpusunun Kəşfiyyat Xidməti İraq və Suriyada uçuşlar həyata keçirən Amerikanın pilotsuz təyyarələrinin yaddaşından ötən il videogörüntülər əldə etmişdilər. Sepah həmin videogörüntülərin yeni hissələrini yayımlayıb.
Sepah, bu məlumatların və görüntülərin müqavimət güclərinin Amerikanın pilotsuz uçan aparatlarndan əldə etdiyini bildirib.
İraq və Suriyadakı Amerikanın komandanlığının mərkəzlərindən birinə sızdıqlarını deyən Sepah rəsmiləri ABŞ PUA-larının yaddaşlarından əldə etdiyi bəzi görüntüləri yayımlayıblar.
Sepah-ın ABŞ pilotsuz təyyarələrinin yaddaşından əldə etdiyi videoda, İŞİD üzvlərinin yerə hansı şəkildə mina basdırması, İŞİD hərbi maşınlarının terror yuvasına necə toplaşması, ətrafında xəndək qazılan İŞİD komandirlərinin qərargahları, İŞİD-in neft tankerlərinin hansı yollardan və hansı şəkildə yola düşməsi və sair yer alıb.
Dəhşətlisi isə narıncı rəngli paltar geyinmiş şəxslərin İŞİD tərəfindən edam meydanına aparılması və meydanda digər İŞİD-çilərin dövrəsində edam edilməsi də yer alıb.
Bu videogörüntülərdə yer alan daha dəhşətlisi isə həmin bu görüntüləri çəkən ABŞ pilotsuz təyyarələrin heç bir iş görməməsidir.
Sepah bildirib ki, bu videolar və gələcəkdə yayımlanacaq digər videolar Amerikanın İraq və Suriyada İŞİD-ə qarşı mübarizədə əsas yalançı olduğunu ortaya qoyur. Sepah əlavə edib ki, belə bir texnalogiyaya mailik olan və gecə gündüz İraq və Suriyanı çəkən ABŞ qüvvələri əlbət ki, İraq Ordusu və Suriya Ordusunun mövqelərini də çəkərək qarşı tərəfə ötürüblər.