Azərbaycan Respublikası və İran İslam Cümhiriyyəti özəl sektorlarının nümaynədləri arasından veb-seminarı keçirilib.
Qafqaz.ir İranın Bakıdakı səfirliyinə istinadən xəbər verir ki, vebinar səfir Seyyid Abbas Müsəvi ilə Azərbaycan Milli Sahibkarlar Konfederasiyasının Prezidenti arasında son görüşdən sonra baş tutub.
İranın Bakıdakı səfirliyinin təşəbbüsü ilə reallaşan toplantıda iki tərəf əvvəlki birgə fəaliyyət və əməkdaşlıq təcrübələrini nəzərə alaraq, Azərbaycan Respublikası ərazilərinin azad edilməsindən sonra yaradılan yeni sahələri araşdırıb. Müzakirələr nəticəsində tərəflər arasında əməkdaşlığın dərinləşdirilməsi və əlaqələrin genişləndirilməsi barədə razılıq əldə olunub.