ArxivIslamSosialXəbər lentiXəbərlər

SEPAH-ın Fars Körfəzində CENTCOM terrorçularına qətiyyətli mesajı-Foto

Məşriq – ESB-3 gəmisi hücum gəmilərinin yanında fəaliyyət göstərir, hərbi qüvvələri və təchizatı, hətta hoverkraft və helikopterləri daşıyır.

Dünən (15 aprel) Fars Körfəzinin şimal hissəsində İslam İnqilabı Keşikçilər Qvardiyasının (SEPAH) dəniz qüvvələri ilə ABŞ dəniz qüvvələri arasında yeni qarşıdurma yaşandı. Bir tərəfdə SEPAH-ın 11 sürət kateri, digər tərəfdə isə Amerikanın 1 ədəd döyüş gəmisi və 1 ədəd xüsusi fəaliyyət göstərən gəmisi olub. Bu gəmi son vaxtlar keçirilən əməliyyat və təlimlərdə istifadə olunması ilə diqqəti çəkib.
SEPAH dəniz qüvvələrinin 15 apreldə keçirdiyi əməliyyat İran milli hakimiyyətinin beynəlxalq qanunlar çərçivəsində müdafiəsi və düşmənin fitnələrinə cavab xarakteri daşıyıb.

ABŞ Sahil Mühafizəsinə aid gəmi SEPAH karterlərinin mühasirəsində

ABŞ dəniz qüvvələrinə aid yüngül gəmi SEPAH karterlərinin mühasirəsində

CENTCOM (ABŞ Mərkəzi Qüvvələri Komandanlığı) terrorçuları həmişəki kimi İran qüvvələrinin ABŞ gəmilərinə yaxınlaşmasını qeyri-peşəkar və təhlükəli davranış adlandırıb. Lakin biz yazının davamında yeni gərginliyin kim tərəfindən başlandığına aydınlıq gətirəcəyik.

Əsas məsələyə toxunmazdan əvvəl sözü gedən iki gəmi ilə bağlı mühüm bir məsələni qeyd etmək istəyirik. Bu hadisədə ABŞ dəniz qüvvələrinə aid USS Fireblot və USS Sirocco yüngül gəmiləri, sahil mühafizəsinə aid USCGC Maui və USCGC Wrangell yüngül gəmiləri iştirak edirdi.
Sirocco və Firebolt gəmiləri Cyclone-class patrul gəmilərindən olaraq 25 mm-lik toplar, Stinger raketləri, 12,7 çaplı pulemyotlar, təqribən 310 ton ağırlığında 40 mm-lik qumbaraatanlarla təchiz olunmuşdur və gəminin sürəti saatda 65 km-dir. Maui və Wrangell gəmiləri İsland-class patrul gəmisi tipindən olaraq 168 ton çəkiyə malikdir və 25 mm-lik toplar və 12,7 çaplı pulemyotlarla təchiz edilmişdir və gəminin sürəti saatda 45 km-dir.

USS Paul Hamilton koronavuruslu gəmidən ayrı düşmüş destroyer
Bu günlərdə ABŞ-ın Teodor Ruzvelt təyyarədaşıyan gəmisində yüzlərlə hərbçidə korona testinin cavabının pozitiv çıxması, onun kapitanı da yuxarı rəsmilərdən kömək istədiyi və dəniz qüvvələri nazirinin də ifşaçı kapitanının işdən qovulması barədə danışdığı üçün vəzifədən uzaqlaşdırılması səbəbindən artıq ABŞ dəniz qüvvələrinin adı ictimai rəydə gülünc sirkə çevrilmişdir.
USS Paul Hamilton gəmisi də Teodor Ruzvelt gəmi qrupunda olmuşdur, amma bu qrupun Quam adasına yan almasından sonra Fars Körfəzində qalmışdır və bir sıra xüsusi hərbi təlimlərlə məşğuldur.

 USS Paul Hamilton gəmisi

154 metr uzunluğunda olan bu gəminin təqribən 280 nəfər ekipajı vardır və saatda 37 km sürətə çatdıqla 8100 km məsafəni qət edə bilir. Gəminin son sürəti saatda 56 km-dir.

SEPAH karterləri USS Paul Hamilton gəmisinin yaxınlığında

Gəminin istifadə hissəsində LM200-30 tipli 4 qaz turbinası vardır ki, üst-üstə gəminin gücünü 75 meqavat artırır. Radar sistemlərində silahlara nəzarət tanıma sistemi, SPY seriyalı radarlarla birlikdə IGİS radarları, AN/SPG-62 yanğına nəzarət radarı, AN/SQS-53C Sonar sistemi mövcuddur.
Silah hissəsində demək olar ki, tanış və müəyyən bir tərkib mövcuddur. 90 ədəd kamerada 2 standart zenit raketləri atmaq üçün 41 markalı şaquli başlatıcılar, quru hədəfləri vurmaq üçün Tomahawk tipli kruz raketlər, sualtı hədəflərə qarşı RUM-139 tipli raketlər bu gəmidə quraşdırılmışdır. Gəminin ön hissəsində gəmi əleyhinə Harpuun tipli 8 raket, 32 mark raket başlatıcılarları, 127 mm-lik top yerləşdirilmişdir. Habelə, Phalanx-a yaxın iki ədəd müdafiə sistemi, 25 mm-lik toplar, 12,7 çaplı pulemyotlar da bu gəminin silahlarından sayılır. Gəmi 2 ədəd C-Hawk helikopterini də qəbul etmək bacarığına malikdir.

Amerika gəmiləri Fars Körfəzində nə edir?
Hadisənin əsas gəmisi bir aydan çoxdur ki, Fars Körfəzində xüsusi təlim və hərəkətlərə başlayıb. ESB-3 ixtisarlaşmış kodlu USS Lewis B. Puller gəmisi Amerika dəniz qüvvələri gəmilərinin bu gün yaxınlaşdığı digər bir gəmidir. ABŞ qüvvələrinin bu tipdə cəmi 2 ədəd gəmisi vardır və 3-cü belə gəmini hazırlamaq ardıncadırlar.

ESB-3 gəmiləri həqiqətdə bir növ ön cəbhədə üzən baza rolunu oynayırlar və öz vəzifələrinə uyğun olaraq müxtəlif işlər həyata keçirməyə qadirdirlər. Sözügedən gəmilər adətən su-quru hücum gəmiləri ilə birlikdə öz işinə başlayır, çoxlu sayda hərbi qüvvə və hoverkraft kimi təchizatlar daşıya bilir. Üstəlik, helikopterlərin də daşınmasını öhdəsinə alır. ESB-3 gəmisi bu serialda olan ilk gəmi hesab olur və 2017-ci ildə istifadəyə verilmişdir.

ESB-3 gəmisi

Fars Körfəzində ESB-3 gəmilərinin evsahibliyi ilə Apache helikopterlərinin təlimləri

ESB-3 gəmilərinin 78 min ton ağırlığı, 238 metr uzunluğu və 145 ekipajı vardır. Bu böyük gəmi Amerikanın NASSCO şirkəti tərəfindən hazırlanmışdır. ESB-3 elektron dizel sürət sistemindən güc alır və 12 ədəd 12,7 çaplı pulemyota təchiz edilmişdir.

SEPAH karterləri ESB-3 gəmisinin yaxınlığında

Əvvəldə vurğuladığımız kimi bu gəmi son vaxtlarda Fars Körfəzində xüsusi və təhrikedici bir təlimə evsahibliyi edirdi. Mart ayının sonlarında adı keçən gəmi ABŞ quru qüvvələrinin AH-64 Apache hücum helikopterlərinə evsahibliyi edirdi. Bu hücum helikopterləri Fars Körfəzindəki digər hava və dəniz briqadaları ilə birgə təlimlər həyata keçirərək sürət qayıqları, İran və SEPAH dəniz qüvvələri ilə döyüşləri simulyasiya etmişdilər. USS Paul Hamilton gəmisi də bu təlimlərdə iştirak edirdi.

Məlumdur ki, Fars Körfəzində belə bir geniş vüsətdə təlim və təhrikedici hərəkətlər İslam İnqilabı Keşikçilər Qvardiyasının (SEPAH) gözündən yayına bilməz və SEPAH dəniz qüvvələrinin dünən atıdığı addımı onun İranın su sərhədlərinin təhlükəsizliyini təmin etmək istiqamətində öz əsli və qanuni vəzifəsindən əlavə, CENTCOM terrorçularına və onların komandanlığına ən az və eyni zamanda çox aydın mesajı bilmək olar. İran karterləri və ABŞ terrorçuları arasındakı qarşıdurmanın yeni fəsli xüsusən Amerikanın məntəqədə hüzuru ilə başlamışdır və müxtəlif regional səbəbləri ola bilər.
Amerikanın müqavimət qüvvələri ilə mümkün münaqişəsi üçün İraqda sirli strategiyasının davam etməsi, bir növ İranı təhrik etmək, onun reaksiyasını dəyərləndirmək, xüsusilə də general Qasim Süleymaninin şəhadəti və İranın ABŞ-a raket cavabından sonrakı yaranmış atmosferdə İranın reaksiyasını xarakterizə etməkdir. Hətta Amerikada koronavirusun yayılması məsələsinə görə qısa müddətə də olsa bu ölkədə ictimai rəyi azdırmağa təlaş etmək ABŞ-ın bu hərəkətinin səbəblərindən ola bilər.
Belə nəzərə gəlir ki, SEPAH dünən göygöz terrorçulara İranın müdafiə qüdrətininə söykənən həmişəki siyasətini və onları nəzarətdə saxladığını çatdırdı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button