ArxivXəbər lentiXəbərlər

Separatçı rejimin başçısı Azərbaycana gəldi

Dağlıq Qarabağdakı separatçı rejim Azərbaycan və Ermənistan rəhbərliyinin əldə etdiyi Düşənbə razılaşmasına zidd addımlar atmaqda və təxribat törətməkdə davam edir.

Qafqaz.ir  Musavat.com-a istinadən xəbər verir ki, 9 oktyabrda Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyan qoşunların təmas xəttində peyda olub.

Saakyan Ermənistan-Azərbaycan qoşunlarının yerləşdiyi təmas xəttinin cənub istiqamətində olub, hərbçilərlə görüşüb, mövcud vəziyyətlə tanış olub. Onu Dağlıq Qarabağdakı separatçı rejimin oyuncaq “müdafiə naziri” Levon Mnatsakanyan və digərləri müşayiət edib.

Son zamanlar ön cəbhədəki erməni əsgərləri arasında intiharların artması və Azərbaycan ordusunun yeni hərbi təlimləri separatçıları narahat edib. O, səngərdəki erməni əsgərlərinə hədiyyələr verməklə, onları ruhlandırmağa çalışıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button