Separatçılıq islam düşmənlərinin xeyrinədir

İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri deyib: Regionda və islam dünyasında istənilən separatçılıq hərəkəti islam düşmənləri, xüsusilə də ABŞ və sionist rejimin xeyrinədir
qafqaz.ir -in Anajdan istinadina : İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri Əli Əkbər Vilayəti bazar ertəsi günü Türkiyənin Vətən partiyasının sədri Doğu Perinçeklə Tehranda görüşdən sonra jurnalistlərə deyib: İran region ölkələri, o cümlədən İraq, Qətər, Livan, Yəmən və digər ölkələrə qarşı təhdidin əleyhinədir.
Vilayəti bildirib: İran və Türkiyə əlaqələri tarix, mədəniyyət və din kimi müştərək amillərin gücləndirilməsi istiqamətində hərəkət etməsinə və iki ölkənin yeni müştərək amillərin yaratmasına səbəb olub.
O həmçinin deyib: Mədəni, siyasi və iqtisadi əlaqələr və enerji və beynəlxalq səviyyədəki əməkdaşlıqlar inkişaf etməkdədir və hər iki tərəf bu prosesdən razıdır.
Türkiyənin Vətən partiyasının sədri Doğu Perinçek də bu görüşdə deyib: ABŞ və İsrail region ölkələrinin ərazi bütövlüyünü hədələməkdədir və İsrail Böyük Kürdüstan adlı başqa bir İsrailin yaradılması üçün proqram hazırlayır.
Türkiyənin Vətən partiyasının sədri həmçinin deyib: İran və Türkiyə arasında etimadın yaradılması Qərbi Asiyada təhlükəsizlik və dincliyin bərpa olunması ilə nəticələnəcək.