Son zamanlar polislə vətəndaşlar arasında yaranan anlaşılmazlıq medianın gündəmində olur
Sentyabrın 4-də sosial şəbəkədə polislə vətəndaş arasında baş verən münaqişə geniş müzakirələrə səbəb olub. Videoda göstərilən hadisələr 8-ci mikrorayon bazarında baş verib.
Hadisənin şahidi olan bloger Mehman Hüseynov bildirib ki, əlilliyi olan şəxs ehtiyac üzündən həmin ərazində dilənirdi. Ancaq 4 nəfər polis əməkdaşı ona yaxınlaşaraq zor tətbiq ediblər: “Əlilliyi olan vətəndaş pula ehtiyacı olduğunu, bu səbəbdən də pul diləndiyini bildirdi. Buna baxmayaraq ayaqüstə güclə dayanan şəxs polislərə pul vermədiyinə görə onlar tərəfindən döyülərək bölməyə aparılıb”.
Ətrafdakı vətəndaşlar buna etiraz etsələr də, nəticəsi olmayıb.