Türkiyədə hərbi çevrilişə cəhd edən qiyamçıların dəfn olunacağı “Xainlər məzarlığı”nın ilk “sakini” məlum olub.
qafqaz.ir/Trend-in “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, bu, məhəllə muxtarını qətlə yetirən kapitan Mehmet Qarabəkirdir.
Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyə rəhbəri Qədir Topbaş dövlət çevrilişində iştirak etmiş qiyamçıların dəfn olunacağı “Xainlər məzarlığı”nın yaradılacağını bildirmişdi.
Bu məqsədlə İstanbul Bələdiyyəsi tərəfindən Pendik ərazisində yaradılan məzarlığa “Xainlər Məzarlığı” lövhəsi qoyulub.