İranın Azərbaycandakı səfiri Seyid Abbas Müsəvi Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Tehranda keçirilən 14-cü iclasına sosial şəbəkə üzərindən münasibət bildirib.
səfir komissiyanın işini yüksək qiymətləndirərək iki ölkənin birlikdə həyata keçirdikləri iqtisadi layihələrin davam edəcəyini və uğurla nəticələnəcəyini bildirib.
Diplomat vurğulayıb ki, komissiyanın işinin nəticəsi olaraq iki dost və qonşu ölkə arasında çox faydalı razılaşmalar əldə edilib. İranın müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərinin Azərbaycanın erməni işğalından azad etdiyi rayonlarda iştirak imkanı yaranıb.