Aktual

“Seyid Məhəmməd Xameneinin xatirələri” kitabı çapdan çıxdı

Ayətullah Xamenei son zamanlar İran İslam İnqilabı barədə şübhələrin çoxaldığını görərək bu şübhələrə cavab vermək lazım olduğunu düşündüyü üçün xatirələrinin çap edilərək yayılmasını lazım bilib. Bu kitab həm də Hüseyni Xameneilər ailəsinin haqqında ən kamil tarixi əsər sayılır – kitabın müəllifi belə vurğulayıb.

“Seyid Məhəmməd Xameneinin xatirələri” kitabının müəllifi İQNA ilə müsahibəsində deyib: Ayətullah Xamenei son zamanlar İran İslam İnqilabı barədə şübhələrin çoxaldığını görərək bu şübhələrə cavab vermək lazım olduğunu düşündüyü üçün xatirələrinin çap edilərək yayılmasını lazım bilib. Bu kitab həm də Hüseyni Xameneilər ailəsinin haqqında ən kamil tarixi əsər sayılır.

Bu kitab çapdan sonra ictimaiyyət tərəfindən böyük marala qarşılanmış və müsbət dəyərləndirilmişdir.

Ayətullah Seyid Məhəmməd Xamenei İran İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xameneinin böyük qardaşıdır. O, 1314-cü Şəmsi (Günəş) ilində Məşhəd şəhərində anadan olub. Atası Ayətullah Seyid Cavad Xamenei və anası Ayətullah Seyid Haşim Mirdamadi Nəcəfabadinın – (Rzaşah zamanının böyük mübariz ruhaniləridən biri) – qızıdır.

Onun dini elmlər üzrə ustadlarından Ayətullah Üzma Seyid Brucerdi, İmam Xomeyni, Ayətullah Üzma Hairi, Ayətullah Mücahid Təbrizi və s… işarə etmək olar.

O həm də İmam Xomeyninin mübariz silahdaşlarından olmuşdur.

O, İmam Xomeynin mübariz dostları Ayətullah Seyid Əli Xamenei, Ayətullah Müntəziri, Ayətullah Azəri Qumi, Ayətullah Haşimi Rəfsəncani, Ayətullah Meşkini və digərləri ilə birgə Qum Dini Elmi Hövzəsinin “Ustadlar Birliyi” təşkilatını yaratmışlar.

O, İnqilabdan sonra Pəhləvi rejiminin həbs olunanlarının istintaqını öhdəsinə götürmüş, Ana Qanunun “Xübrə”lər məclisinin üzvü, Milli Məclisin deputatı vəzifələrində çalışmışdır.

O, “Hikməte Sədra” elmi-fəlsəfi birliyini təsis etmişdir.

“Seyid Məhəmməd Xameneinin xatirələri” kitabının sonunda Xameneilər nəslinin “şəcərənamə”sinin şəkilləri dərc olunmuşdur.

http://iqna.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button