Xəbər verdiyimiz kimi bugün 31 mart Ümumxalq soyqırımı 100 illiyinin anım günüdür. Erməni Daşnakları və Bolşeviklərin əli ilə Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə törədilmiş soyqırım aktı ölkə boyu qeyd edilir. Zaman keçdikcən bu soyqırımın qarşısını almağa çalışmış mərd vətəndaşlarımız barədə də məlumatlar üzə çıxır. Bu şəxslərdən biri də, soyqırıma məruz qalmış Qubanın o zamankı axundu Molla Hacı Baba Axund Lənkəranidir.
Şəkildə gördüyünüz qəbir Qubanın o dönəmdəki axunduna məxsusdur.
1918-ci ildə Qubada ermənilər tərəfindən törədilən soyqırımı zamanı Molla Hacı Baba Axund Qubada yaşayan erməni qızlarına məsciddə sığınacaq vermiş və bununla önəmli siyasi bir addım atıb. Ermənilər bu hadisədən xəbər tutduqda məscidə gələrək erməni qızlarını dindindirmiş və bunun həqiqət olduğunu bildikdən sonra öz cinayətlərindən əl çəkərək şəhəri tərk ediblər.