ArxivIslamXəbər lentiXəbərlər
Şeyx Sərdarın görüşünə maneə yaradılıb

Yaxınlıqdakı mərasim evində görüş keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Şeyx Sərdar Hacıhəsənli görüş yerinə gələndən bir neçə dəqiqə sonra Yasamal Rayon Polis İdarəsinin əməkdaşları mərasim evinə gələrək, burada İcra Hakimiyyətinin tədbirinin keçiriləcəyini bildirərək insanlardan zalı tərk etməyi istəyiblər.
Bu səbəbən planlaşdırılan görüş baş tutmayıb. Görüş yerinə gələn insanlar geriyə qayıdıblar.
Qeyd edək ki, gün ərzində adı çəkilən mərasim evində nəzərdə tutulan görüş ev şəraitində davam edəcək.