ArxivIslamXəbər lentiXəbərlər

Şeyx Sərdarın məhkəməsinin vaxtı açıqlandı- AUDİO

Mayın 19-da Masallı rayon Məhkəməsində Azərbaycan Ruhanilər Məclisinin üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin məhkəməsinə hazırlıq iclası keçirilicək.
Bu barədə Şeyx Sərdar Hacıhəsənlinin vəkili Cavad Cavadov Maide.Az -a açıqlamasında məlumat verib. “Namaz məhhusu Şeyx Sərdar Hacıhəsənli barəsində Masallı rayon polis idarəsində qaldırılmış heç bir əsası olmayan AR Cinayət Məcəlləsinin 168-3.1.3 maddəsi ilə olan cinayət işi üzrə istintaq bildiyiniz kimi yekunlaşmışdır. Cinayət işi  Masallı rayon Məhkəməsinə baxılması üçün göndərilmişdir. Masallı Rayon Məhkəməsində iş hakim Anar Alməmmədovun icraatına verilib və bu gün əldə etdiyim məlumata görə məhkəmənin hazırlıq iclası 19 may  saat 16:00-a  təyin edilmişdir”.
Vəkil Cavad Cavadovun Maide.Az-a olan açıqlamasını aşağıdakı səsdə dinləyə bilərsiniz:

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button