İlahiyyatçı Seyyid Elman Ağazadə İsrail rejiminin Fələstinə hücumlarına münasibət bildirib.
Qafqaz.ir xəbər verir ki, Seyyid Elman mövzu ilə yaydığı video müraciətdə Fələstin və Qüdsdə baş verən hadisələrə müsəlman, insan və azərbaycanlı olaraq münasibət bildirilməli olduğunu söyləyib:
“Müsəlman olaraq mövqeyimiz budur: Qüds bizim ilk qibləmizdir. İllərlə əziz Peyğəmbərimiz (s) və müsəlmanlar orada namaz qılıblar. İndi isə sionistlər oranı dağıtmaq istəyirlər. Müsəlman olaraq müsəlmanlara kömək etməliyik”.
Seyyid Elman Ağazadə dinimizin insana ən böyük dəyəri verdiyini xatırladaraq vurğulayıb:
“Məzhəbindən, dinindən, təriqətindən, millətindən asılı olmayaraq bir nəfərin haqqı tapdalanırsa, dinimiz deyir ki, onun haqqını qoruyur. Bu gün insan haqlarından danışanlar Fələstinlə, Yəmənlə bağlı susurlar”.
İlahiyyatçı sözlərinə əlavə edib ki, ermənilər tərəfindən faciələr və soyqırım yaşamış Azərbaycan xalqı belə bir məqamda Fələstin xalqının da dərdinə şərik çıxmalı, onlar üçün də ədalətli mövqe tələb etməlidir.
Giperssilka.ru
İlahiyyatçı Seyyid Elman Ağazadə İsrail rejiminin Fələstinə hücumlarına münasibət bildirib.
Giperssilka xəbər verir ki, Seyyid Elman mövzu ilə yaydığı video müraciətdə Fələstin və Qüdsdə baş verən hadisələrə müsəlman, insan və azərbaycanlı olaraq münasibət bildirilməli olduğunu söyləyib: