Aktual

Rüstəm İbrahimbəyov Bakiya qayıdır

Milli Şuranın sədri, tanınmış dramaturq Rüstəm İbrahimbəyov açıqlamasında iyul ayının axırında Azərbaycanda olacağını bildirib
 O qeyd edib ki, Bakıya qayıdacağı tarixlə bağlı ölkə ictimaiyyətinə ünvanladığı son yazısında da məlumat verib: “Bu barədə mətbuata daha öncə də məlumat vermişəm. İyul ayının ortasında Avropaya səfərim gözlənilir. Avropada bir sıra mühüm görüşlərim olacaq. İyul ayının sonlarına qədər planlaşdırılan görüşlər yekunlaşacaq. Bunun ardınca isə iyul ayının sonunda Bakıya dönəcəyəm”.
Qeyd edək ki, Milli Şura ilə bağlı əsas narahatlıq qurumun sədrinin ölkəyə qayıtmayacağı iddiaları ilə bağlıdır. R.İbrahimbəyov ötənlərdə verdiyi müsahibədə həbs təhlükəsinin mövcudluğunu bildirmiş və ölkəyə gəliş vaxtının da Avropadakı bütün görüşlərini başa vurduqdan sonraya salınacağını bildirmişdi.(elitar)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button