ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
“Şiə anasına ən çox bənzəyən qızın xüsusiyyətləri” adlı virtual görüş keçirilib

Höccətül-islam vəl-müslimin Cavad İsmayıl Nia Hörmüzqan qadınlarının dini məktəblərinin işçiləri, müəllimləri və tələbələrinin iştirakı ilə keçirilən “şiə anaya ən çox oxşar qız” adlı virtual görüşdə çıxış edib.
O bildirib ki, Həzrət Məsumə (s) məsum olmasa da, kiçik bir məsumluğa çatıb. İmam Rza (ə) bu böyük şəxsiyyətin ziyarətini cənnətə çatmağın səbəbi kimi tanıtdırıb. Həmçinin ona Məsumə ləqəbini verib.
Hörmüzqan qadınlar elmi hövzəsinin direktoru Həzrət Əbülfəz (ə), Həzrət Zeynəb (s) və Həzrət Məsumə (s) kimi tarixin parlaq, qeyri məsum şəxsiyyətlərinə toxunaraq xatırladıb:
“Həzrət Məsumə (s) İmam Kazim (ə) və İmam Rza (ə) məktəbində tərbiyə almışdır. İdrak, ilahi elm və mərifət baxımından bir səviyyəyə çatmışdı ki, ilahi övliyalar onu təsdiq etmişdilər”.
O, bir rəvayəti də xatırladıb:
“İmam Kazim (ə) evdə yox idi. O Həzrətin səhabələri suallarını yazılı surətdə təhvil vermişdilər. Onlar suallarına cavab almaq üçün gəldilər. Həzrət Məsumə (ə) onların suallarına cavab vermişdi. Bu rəvayət, o xanımın Həzrət Zəhraya (s) bənzəməsini bildirir.
Höccətül-islam vəl-müslimin Cavad İsmayıl Nia, Həzrət Məsumə (s) ilə Həzrət Zəhra (s) arasında başqa bir oxşarlığa işarə edərək əlavə edib:
“O Həzrət vilayətçi olmaqda da Həzrət Zəhra (s) kimidir. O da, vilayətin müdafiəsində canını fəda etdi.
Paklıq bu iki böyük şəxsiyyət arasındakı üçüncü oxşarlıqdır. Necə ki, İmam Rza (ə) o xanıma Məsumə ləqəbini verib. Həzrət Zəhraya (s) da Tahirə, Mütəhhərə, Mühəddəsə və Siddiqədə deyilirdi”.