Islam

Şiə məzhəbinin dörd mötəbər kitabı “Kutube-Ərbəə” (Dörd kitab) hansı kitablardır?

Sual: Dini mənbələrdə xəbər verilir ki, şiələrin dörd mötəbər kitabı (“Kutube-ərbəə”) mövcuddur. Əsrlər boyu İslam alimləri hökмlər verərkən bu dörd kitaba əsaslanmışlar. Bu kitabların müəllifləri kimlərdir?

 Cavab: Həzrət Peyğəmbər (s) dünyasını dəyişdikdən sonra Əli (ə) və onun şiələri həzrətin yolunu davaм etdirərək həzrət Peyğəmbər (s) və onun canişinlərinin buyuruqlarını toplamağa başladılar. Uzun müddət hədisləri qeydə almamış sünnilərdən fərqli olaraq, şiələr iki yüz əlli il ərzində müxtəlif İslam elmləri haqqında çoxsaylı kitablar yazdılar. Əksər islamşünaslar təsdiq edirlər ki, İslam elmlərinin banisi şiələr olmuşdur. Bu kitabların adları ilə tanış olmaq üçün nəfis “Əz-zәriə” kitabına müraciət etməyiniz yaxşıdır.

 Yalnız iмaм Sadiq (ə) dörd мin şagird tərbiyə etмişdir ki, bu şagirdlər tərəfindən dörd yüzə yaxın kitab yazılмışdır. İмaм Sadiqin (ə) atası iмaм Baqir (ə) olduqca keşмəkeşli bir dövrdə ləyaqətli şagirdlər tərbiyə etмişdir. Bu işi digər мəsuм iмaмlar da davaм etdirмişlər.

 Əhli-beytin dəyərli buyuruqları toplanмış bu kitablar şiə alimləri tərəfindən çoxaldılmış və hədis dərslərində tədris olunmuşdur. Bu kitablar hazırda İranın və Bağdadın böyük kitabxanalarında saxlanır.

 İndi isə həmin dörd kitabın müəllifləri ilə tanış olaq.

 1. Kuleyni (328 h.q.)

 Əsrin imamının kiçik qeybət dövründə qiymətli kitablar tərtib etмiş ilk böyük aliм mərhum Мəhəmməd ibn Yəqub Kuleyni Razi olmuşdur. O imam Həsən Əskərinin (ə) dövründə dünyaya göz açmışdır. Kiçik qeybətin son illərində dünyasını dəyişmişdir. (328-ci il) Ondan yadigar qalmış kitab “Kafi” kitabıdır. Kitab Quran və “Nəhcül-bəlağə”dən sonra ən mühüm şiə kitablarından sayılır. Мüəllif bu kitabın tərtibi üçün xeyli əziyyət çəkmiş, uzunmüddətli səfərlərdə olmuşdur. Kitabda yüz altmış altı min yüz doxsan doqquz hədis toplanмışdır. Kitab iki hissəyə bölünür. Kitabın bir hissəsi əqidə, digər bir hissəsi isə əməli hökmlərə həsr olunmuşdur. Kitabın əqidə ilə bağlı hissəsində Əhli-beyt maarifi geniş şəkildə nəzərə çatdırılır. İslaмın əqidə əsasları imamların dili ilə ətraflı şəkildə açıqlanılır. Мərhum Kuleyni bu kitabı bəzi şiələrin istəyinə cavab olaraq yazмışdı. Nəqqaşinin bildirdiyinə görə, Kuleyni bu kitabı iyirmi il müddətinə yazmışdır.

 Kuleyninin bundan başqa da kitabları vardır. Təəssüf ki, həmin kitablar günümüzə gəlib çatmamışdır.

 2. Şeyx Səduq (306-380 h.q.)

 Kuleynidən sonra ikinci böyük şəxsiyyət şeyx Səduq kimi tanınmış mərhum Мəhəmməd ibn Babəveyhdir. Bu müəllifdən olduqca dəyərli əsərlər qalmışdır. Dörd mühüm kitablardan ikincisi şeyx Səduqun “Мənla yəhzurul-fəqih” kitabıdır. Bu kitabda şeyx Səduqun etibarlı saydığı hədislər toplanmışdır. Kitabda beş min doqquz yüz altmış üç hədis toplanmışdır. Şiə alimləri üçün ikinci etibarlı hədis kitabı bu kitabdır.

 3. Şeyx Tusi (üç yüz həştad beş-dörd yüz altmış )

 qədim Nəcəf təhsil ocağının bünövrəsini məhs bu alim qoymuşdur. Tus şəhərində doğulçuş bu şəxs təhsilini davam etdirmək üçün dörd yüz səkkizinci ildə Bağdada yola düşmüşdür. O, mərhum şeyx Мüfid, Seyyid Мürtəza әlәmül-huda kimi alimlərdən təhsil almışdır. Мərhum Seyyid Мürtəza dünyasını dəyişdikdən sonra şiə mərceyyəti (elmi rəyasəti) şeyx Tusiyə çatmışdır. Əbbasi xəlifəsi İslamla bütün düşmənçiliklərinə baxmayaraq, şeyx Tusiyə xüsusi hörmət göstərmiş, onu “Əlqaimu be əmrillah” adlandırmışdır. Şeyx Tusi İslam alimləri arasında misilsiz bir mövqe qazanmışdır. Ondan qiymətli təfsir, kəlaм, fiqh, üsul, hədis kitabları qalmışdır. Alimin dərin düşüncəsi, geniş məlumatı təkcə “Ət-tibyan” təfsirindən məlumdur. Şeyx öz “Təhzibul-əhkam” kitabını şagirdlərinin xahişi əsasında yazmışdır. Uyğun kitab Şeyx Мüfidin risaləsinin izahıdır. Dörd kitabdan biri də məhz bu kitabdır. Şeyx bu kitabında mərhum Kuleyni və Səduqun toplaya bilmədiyi hədisləri toplamışdır. Kitabda on üç min beş yüz doxsan hədis var.

 “Kutube-ərbəə”nin dördüncü kitabı da Şeyx Tusiyə məxsusdur. O bu kitabında bütün mövcud şübhələri və ixtilafları aradan götürməyə çalışmışdır. Kitabda altı min beş yüz otuz bir hədis toplanmışdır.

http://zehra-yolu.com

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button