ArxivIslamXəbər lentiXəbərlər
“Şiə-sünni ixtilafı istiqamətində aparılan təbliğatlar İsrail və ABŞ-ın xeyrinədir”

Yunusi bu barədə belə deyib: “Bu gün müsəlmanlar niyə vəhdətdə olmaq əvəzinə ixtilaf yaradırlar? Günümüzdə ən pis cinayətlər, qətliamlar, baş kəsmələr, diri-diri yandırmalar İslam adı altında həyata keçirilir. Bu qorxunc cinayətlər Qurana bağlı olduqlarını söyləyən insanlar tərəfindən törədilir. Bu edilənlər Qurana ən böyük zülmdür. İslam dünyasındakı bu faicə Quranın təqlid etdiyi həqiqətləri və vicdan anlayışını tərk etdiyimiz üçün baş verir. Zahirdə Qurana bağlıyıq. Quran biz müsəlmanlar arasında qəribdir. Bizdə Quran əxlaqı, mədəniyyəti və ruhu azdır” .