ArxivXəbər lentiXəbərlər
Siçovullar bir-birini didir… “Taliban” əmr verdi: İŞİD üzvlərini gördüyünüz yerdə öldürün!

Əfqanıstanda “Taliban” terror təşkilatı öz üzvlərinə xitabən ölkənin qərbində olan İŞİD üzvlərini gördükləri yerdə öldürmələri barədə bəyanat yayımlayıb.
“Taliban”-ın yayımladığı bəyanatda bildirilir ki, İŞİD terror qruplaşması ilə istənilən danışıqlar, görüşlər qadağandır və üzvlərdən kimsə İŞİD üzvləri ilə danışarsa, mühakimə olunacaq.
Bəyanatda, “İŞİD-in İslamla heç bir bağlılığı yoxdur. Onlar Amerikaya bağlı təşkilatdır, onlarla döyüşmək Allah yolunda cihad etməkdir” , – deyə diqqətə çatdırılıb.
Qeyd edək ki, bir neçə gün öncə “Taliban” Əfqanıstanda bir sıra yüksək vəzifəli İŞİD komandirlərini həbs edərək edam etdiyini açıqlamışdı.