ArxivXəbər lentiXəbərlər

Bakıda vətəndaşlarla tikinti şirkəti arasında narazılıq

Azadlıq prospekti 80 ünvanında yaşayış binalarının sökülməsi davam edir. Söküntünü həyata keçirən “Fədək” MMC şirkəti ilə razılığa gələ bilməyən vətəndaşlar məhkəmələrə üz tutur. Elə İsgəndərovların işinə də Nəsimi Rayon Məhkəməsində baxılıb və evin sökülməsinə dair qərar çıxarılıb. Lakin ailənin evinə məhkəmə qərarından əvvəl söküntü işçiləri gəlib.

“Məhkəmə qərarı hələ bizə təqdim olunmayıb. Qərar bizə təqdim olunandan sonra, apelyasiya şikayəti vermək üçün bir ay vaxtımız var. Nəsimi Rayon Məhkəməsi Nəsimi Rayon İcra Hamimiyyətinin təsiri altında qərar çıxarıb. Mən o qərarla razı deyiləm, apelyasiya şikayəti verib qərarı yenidən məhkəmədə araşdıracağıq. Necə olur qərar icraata alınmamış, mənim qapıma “laqonda” ilə gəlirlər?” – bina sakini Famil İsgəndərov deyir. Sakinlər deyir ki, şirkət məhkəməni udsa da, qərarı icra etməyə məhkəmə icraçısı gəlməlidir. Ərazidə isə yalnız Nəsimi Rayon İcra Hakimiyyəti nümayəndələri və polis əməkdaşları olub. Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Bəylər Novruzov isə şirkətin Nazirlər Kabinetinin qərarını icra etdiyini deyib: “Mübahisəli məsələyə məhkəmədə baxılıb. Məhkəmə qətnamə çıxarıb ki, onlar evdən çıxarılsın. O şərtlə ki, sakinlər yaşayış yeri ilə təmin edilsin və gələcəkdə evlərindən 20 faiz artığı ilə yeni mənzillə təmin olunsunlar. Bunlar isə 6 aydır bu məsələni süründürürlər, nəticə etibarilə məhkəmə qətnaməsi icra olunur”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button