Şimali Qafqazda baş vermiş partlayışda 3 nəfərin öldüyü və yaralandığı bildirilir.
Çin xəbər agentliyinin verdiyi məlumata görə, Çeçenistanda bir ədəd əldəqayırma bombanın partlaması nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Bu məlumata görə, hadisə meşəlik bir ərazidə hərbi kəşfiyyat əməliyyatı zamanı baş verib. Partlayış nəticəsində həyatını itirən şəxsini Çeçen hərbi olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırmalar aparılır. Hələ ki, hadisə ilə bağlı detallara aydınlıq gətirilməyib.