ArxivXəbər lentiXəbərlər

“Maarifçiliyə Dəvət” İB üzvləri 31 mart soyqırımını anıb

Bu gün 31 mart azərbaycanlıların soyqırım günüdür.

Bununla bağlı “Maarifçiliyə Dəvət” İctimai Birliyi üzvləri Qubadakı soyqırım məzarlıq kompleksinə səfər ediblər.

Bu barədə “Maarifçilyə Dəvət” İB-nin mətbuat xidmətindən HEDEF14.az-a məlumat verilib.

Məlumatda bildirilir ki, “Maarifçiliyə Dəvət” İctimai Birliyinin Xaçmaz Şöbəsinin təşkilatçılığı və rəhbərliyi ilə təşkilatın şimal bölgəsi üzvləri Qubadakı məzarlığı ziyarət ediblər.

Kütləvi məzarlıqda qətlə yetirilənlər üçün dua edən təşkilat üzvləri bütün Azərbaycan xalqına başsağlığı veriblər.

Ziyarətçilər həmçinin məzarlıq kompleksindəki xatirə dəftərinə ürək sözlərini yazıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button