qafqaz.ir faktxeber-a gore.Azərbaycan və İran hökumətləri arasında hərbi sahədə əməkdaşlıq haqqında Sazişə əsasən oktyabrın 3-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin G-122 və G-124 gözətçi gəmiləri İran İslam Respublikasına dostluq səfərinə gedib. FaktXeber.com-un məlumatına görə, bu barədə Müdafiə Nazirliyi xəbər yayıb.
Oktyabrın 7-dək davam edəcək səfər çərçivəsində hərbi dənizçilərimizin İranın Xəzər dənizindəki hərbi dəniz komandanlığı ilə görüşü, Ənzəli şəhərindəki dəniz bazasına ziyarəti və bir sıra digər tədbirlərdə iştirakı nəzərdə tutulub.