ArxivIslamXəbər lentiXəbərlər

“Sionizmin Qüdsdə məskunlaşması İslam dininə təhdid, müsəlmanlara təhqirdir”

Akif Heydərli: Qüds Günü müsəlman dünyasının sionizmin fitnə-fasadlarına qarşı mübarizə bayrağına çevrilib”

Bu fikirləri  AİP funksioneri Akif Heydərli səsləndirib.. O, bildirib ki, ABŞ prezidenti  Donald Trampın müqəddəs Qüds şəhərini  bir qondarma rejimin, Fələstin torpaqlarını qəsb edərək qanunsuz  yaradılmış İsrail dövlətinin paytaxtı kimi tanıması İslam dininə təhdid, müsəlmanlara qarşı açıq təhqir,  ümmətin ilk qibləgahı Məscidül-Əqsanın yerləşdiyi bir müqəddəs torpağın istilası deməkdir: “  Bu gün özünü İslam təəssübkeşi sayan hər bir müsəlman taleyimizin həlledici məqamında dini əqidəsinə sarılaraq Allahın düşmənlərini yerində oturtmaqdan ötrü əlindən gələni əsirgəməməli, hünər göstərməlidir”.

Akif Heydərli əlavə edib ki, qarşıdan Beynəlxalq Qüds Günü  gəlir. İmam Xomeyni tərəfindən əsası qoyulan bu tarix müsəlman dünyasının sionizmin fitnə-fasadlarına qarşı mübarizə bayrağına çevrilib: “İşğalçı rejimlərə qarşı sərt mübarizə aparmaq, müsəlman torpaqlarını qəsb edən istismarçı rejimlərin müqavimətini qırmaq üçün bu tarixi gün ən optimal başlanğıc və mühüm amildir”.

AİP funksioneri əlavə edib ki, Azərbaycan xalqı da bədnam erməni işğalçılarının tarixi xəyanətinin şahididir: “  20 faiz torpaqlarımız 30 ilə yaxındır ki, qəsbkarların tapdağı altındadır. Bu mənada xalqımız bütün növ işğala qarşı daha sərt və səmərəli mübarizə aparmalıdır. Dövlətimiz işğalçı rejimlərin, xüsusən də İslam torpaqlarını mənimsəyən, özününküləşdirən, müsəlmanları soyqırıma məruz qoyan cinayətkar ölkələrin qarşısında dayanmalı, müqavimət göstərməli, belə rejimlərlə diplomatik və bütün növ əlaqələri məhdudlaşdırmalı, ümummilli, ümumislam maraqlarını önə çəkməlidir. Biz Xocalıda baş verən soyqırımı unuda bilmədiyimiz kimi, Fələstinin Qəzza bölgəsində sionist İsrail əsgərlərinin fələstinli körpələrə, qadın və qocalara, əliyalın dinc insanlara qarşı bütün dünyanın gözü qarşısında  törətdiyi soyqırıma qarşı biganə qalmamalı, mübarizənin bütün vasitələrindən cinayətkar hakimiyyətlərə sözümüzü deməliyik.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button