ArxivXəbər lentiXəbərlər

Azərbaycanın AİPƏK-lə əlaqəsi islam dünyasında müəyyən şübhələr doğurur

Azərbaycanın AİPƏK-lə əlaqəsi islam dünyasında müəyyən şübhələr doğurur
Tashaio.com- Beynəlxalq əlaqələr sahəsinin eksperti Qəhrəman Nurani Təsnim agentliyinin müxbirinə verdiyi müsahibədə AİPƏk-in illik konfransında Azərbaycanla sionist rejiminin münasibətlərinə dair simpozum haqqında Azərbaycanın AİPƏK-lə əlaqəsi islam dünyasında müəyyən şübhələr yaratdığına işarə edərək bildirmişdir: Bu kimi görüşlər ümumiyyətlə tərəflərin qarşılıqlı tələbatından irəli gəlir. Əlbəttə İsrailin Azərbaycana daha çox ehtiyacı vardır. Azərbaycanın sionist rejiminə ehtiyacı isə qeyri real və subyektic ehtiyacdır. Xərçəng xəstəliyi xarakteri daşıyan sionist rejimi üçün cənubi Qafqaz və Mərkəzi Asiyaya nüfuz etmək həyatidir. O, sionistlərin İranın strateji və təhlükəsizlik dairəsinə nüfuz etməyə meyilli olduqlarını vurğulayaraq demişdir: Azərbaycanın İranla 700 kilometrdən çox sərhəddi vardır. Demək sionist rejiminin İrana problem yaratması üçün Azərbaycan çox əlverişli yerdir. Sionistlər müxtəlif vədlər, silah tələbatını təmin etmək, aqrar sənayesini inkişaf etdirmək, müxtəlif sahələrə aid texnologiyanı təmin etmək vədləri verməklə Azərbaycanda xərçəngvarı nüfuzlarını təmin etməkdə müəyyən qədər uğurlu olmuşlar. Beynəlxalq əlaqələrin eksperti sionist rejiminin İrana yaratdığı problem nümunəsinə işarə edərək xatərlatmışdır: neçə il bundan əvvəl sionist rejiminin pilotsuz təyyarələrindən biri Azərbaycandan uçaraq Nətənzin yaxınlığında vuruldu. Bu mövzu İran-Azərbaycan münasibətlərində böhran yarada bilərdi. Lakin düzgün idarəedicilik yolu ilə həll olundu və yalnız Azərbaycan resoublikası İran islam respublikası tərəfindən suala məruz qaldı. Azərbaycan rəsmiləri sonralar aldandıqlarını və sionistlərin iki ölkə əlaqələrində problem yaratmağa və bu ölkəni islam dünyasından ayırmağa çalışdığını başa düşdülər. O, Azərbaycanla yaxın əlaqədə olmağın sionist rejimi üçün həyati olduğuna işarə edərək vurğulamışdır: sionistlər yuxarıda deyilənlərdən əlavə islam dünyasının enerji mənbələrindən olan biri olan ölkəni ayırmağa, özlərinə tərəf çəkməyə, Azərbaycan respublikasında yaşayan 15000 yəhudidən beşinci kolon kimi istifadə etməyə müvəffəq olmuşlar. Sionist rejimi cənubi Qafqazda nüfuzunu möhkəmləndirmək üçün Azərbaycandan istifadə edir. Azərbaycanın yəhudi icması sionist rejiminin regional mənafeyini təmin edən potensial qüvvədir. Nurani Azərbaycanın İsrail üçün mühüm bir ölkə olduğunu vurğulayaraq demişdir: sionistlər ayrı-ayrı taktikalardan istifadə edərək birtərəfli qaydada bu ölkədən yararlanırlar. Əlbəttə bu nüfuz təkcə Azərbaycana aid deyildir. Deyildiyi kimi mərkəzi Asiyada da hiss olunur. Tacikistan rəsmiləri ötən ilin may ayında İsrail deplomatlarına evsahibliyi etmişdi. Hal bu ki, İsrailin bu ölkədə hələ daimi səfiri yoxdur. İsrailin mərkəzi Asiya və Qafqaza nüfuz etməsindən məqsədi İranın şimal sərhədlərinin təhlükəsizliyini aradan aparmaqdır. Hətta sionist rejimi İranla bu ölkələr arasında məsafə xətti yaratmaq fikrindədir. O, Azərbaycanın sionist rejiminə ehtiyacı aşılamasına diqqət yetirərək işarə etmişdir: Azərbaycana qoyulmuş silah embarqosu belə bir yozumu irəli sürür ki, guya İsrail Azərbaycanın silah tələbatını təmin edə bilər. Azərbaycanın sionistlərin nəzarəti altında olan informasiya vasitələri adətən belə bir fikri aşılayırlar ki, İsrail Azərbaycanın strateji tərəfdaşıdır və bu ölkəyə müasir silahlar verir. Lakin söz burasındadır ki, Azərbaycan bu silahlardan ermənilərin işğal etdiyi əraziləri azad etmək üçün istifadə edəbilərmi? Buna şübhə ilə yanaşmaq lazımdır. Beynəlxalq əlaqələrin eksperti Azərbaycanın sionist rejimin silahlarından istifadə imkanı yoxdur deyə artırmışdır: Azərbaycana belə icazə verilsəydi ermənilərin Amerikadakı lobbisinin səsi çıxacaqdı. Eləcə də Ermənistan etiraz edəcəkdi. Hal bu ki, belə bir hadisə baş verməmişdir. Belə çıxır ki, İsrail pərdə arxasında erməniləri və Erməni separatçılarını əmin etmişdir ki, bu silahlar onlara təhlükə yaratmayacaqdır. O vurğulamışdır ki, sionistlər silahla bərabər hərbi konsiler də Azərbaycana göndərməklə bu ölkənin hərbi sirlərini öyrənir. O demişdir: ola bilsin ki, onlar bu məlumatı Ermənistana da ötürmüş olsunlar. Ermənistan prezidentinin dağlıq Qarabağa səfəri zamanı etdiyi iddialar bizim fikrimizi təsdiqəyir. O demişdi ki, ölkəsi hər vaxt iradə etsə Azərbaycana tutarlı zərbələr endirə və Bakıya hücum edə bilər. Bu da ermənilərin sionistlərlə bir növ əlaqədə və uyğun olduqlarını göstərir. Nurani azərbaycanlıların ABŞ-dakı yəhudi lobbisinə, o cümlədən AİPƏK-ə ürək qızdırdıqlarına və onların nüfuzundan Azərbaycanın mənafeyi istiqamətində istifadə etmələri ehtimalına işarə edərək demişdir: ötən illərdə belə bir şey görünməmişdir. Azərbaycan dövləti bu qruplaşmalara bac versə də onlar Amerika konqresinin 2007-ci il Azərbaycan respublikasının embarqosuna, bu ölkəyə mali yardımın kəsilməsinə dair qəbul etdiyi qərarı ləğv etdirməyə hazır olmamışlar. Demək bu lobbinin Azərbaycana heç bir xeyri yoxdur. Əksinə, onların Azərbaycanla əlaqəsi islam dünyasında və xüsusilə İran islam respublikasında Bakının hədəflərinə dair şübhələri artırır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button