ArxivNardaranXəbər lentiXəbərlər
Tale Bağırzadə və digərlərinə bəraət istənilir

Tale Bağırzadə və digərlərinə bəraət istənilir
Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının da daxil olduğu 18 məhbus ilə bağlı məhkəmə hökmündən apellyasiya şikayəti verilib.
Azadliq.org-un xəbərinə görə, bu haqda iş üzrə vəkillərdən Fariz Namazlı məlumat verib.
Vəkil qeyd edib ki, müdafiə tərəfi birinci instansiya məhkəməsinin hökmünü əsassız və qanunsuz hesab edir.
Apellyasiya şikayətində aşağı məhkəmənin qərarının ləğv edilməsi, 18 nəfərə bəraət verilməsi istənilir.